"Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Komandanızın bu mövsümkü çıxışına necə qiymət verərdiniz?
- Bu barədə danışmağa ehtiyac yoxdur. Çünki “Kəpəz” hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Durub yalandan komandanı tərifləməyəcəm ki... “Kəpəz”in adına yaraşmayan nəticə göstərdik.
- Belə nəticə olacağını gözləyirdiniz?
- Gözləmirdim. Lakin fakt-faktlığında qalır. Mən komandaya gələn zaman “Kəpəz” sonuncu yerdə idi. Elə indi də axırıcıdır.
- Öz fəaliyyətiniz haqda nə deyərdiniz?
- Bilirsiniz ki, mən peşəkar məşqçiliyə cəmi dörd aydır başlamışam. Düzdü, əlimdən gələni etdim ki, komandanı sonuncu pillədən qurtarım. Lakin mümkün olmadı. Komandada bir çox çatışmazlıq vardı. Demirəm ki, mən səhvsiz olmuşam, əsla. Ola bilər ki, hansı subyektiv və obyektiv səbəblər komandanın yüksəlişinə mane oldu. Məncə, fəaliyyətim uğursuz alındı.
- Komandanızda oyunçu çatışmazlığından gileylənirdiniz. Hazırda bu yöndə işlər aparırsınız?
- Olan futbolçularımız budur. Mən oyunçuları pisləmək istəməzdim. Bu da nəticəyə öz təsirini göstərdi. Gələn il biz ən çox yerli futbolçulara güvənmək fikrindəyik. Perspektivli futbolçuların xidmətində maraqlıyıq.
- Gələn il Gəncə şəhər stadionunun öt örtüyü dəyişdiriləcək və süni meydança salınacaq. Buna münasibətiniz necədir?
- Bu qərarı AFFA-da qəbul ediblər. Gəncə stadionunun meydançası yay aylarında çox gözəl olur. Lakin qış mövsümü zamanı problemlər yaranır. Meydançaya bir az əl gəzdirmək olardı. Lakin süni ot örtüyü etmək dogru deyil. Mən istəməzdim ki, süni meydança olsun. Sadəcə, bir az bərpa işləri aparmaq lazımdır. Süni ehtiyat meydança yaratmaq olardı.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?