“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin Qol.Az saytına müsahibəsi
- Bu ilin son oyununu Premyer Liqada “İnter”ə qarşı keçirdiniz və cəmi bir xal qazandınız. Heç-heçə sizi qane etdi?
- Yox. Lakin qələbə qazana bilməsək də, məyus olmuruq. Çünki rəqibimiz hazırda turnir cədvəlinin lideridir. İlk yarıda biz üstün futbol nümayiş etdirsək də, ikinci hissədə onlar bizi qapımız qarşısına sıxışdırmağı bacarmışdılar. Gələn il itirdiyimiz xalların əvəzini çıxaraq çempionluq üçün mübarizə aparacağıq. İnşallah, fasilə zamanı “Neftçi” baş məşqçimizin istəyilə gələn futbolçularla daha da güclənəcək.
- Turnir cədvəlində dördüncü yerdəsiniz. Amma son illərədək qış fasiləsinə çıxanda “Neftçi” daha üst pillədə olub.
- Əslində bu pillədə olmaq “Neftçİ”yə yaraşmır. Ancaq bəzi oyunlarda bəxtimiz gətirmədi. Həmçinin Avroliqada güclü rəqiblərlə mübarizədə xeyli güc sərf etdik. Bu amil də istıyimizi tam həyata keçirməyimizə az təsir etmədi. İnşallah, qış fasiləsindən sonra itirdiyimiz xalları geri qaytarıb növbəti dəfə çempion olacağıq.
- Ümumilikdə 2012-ci ildə komandanızın çıxışını necə dəyərləndirirsən?
- Çıxışımız əla oldu. Baxmayaraq ki, bir neçə oyunda məğlub olub vacib xallar itirdik. Lakin düşünürəm ki, bəlkə də uduzmağımız çempionatı daha da maraqlı etdi. Keçən il “Neftçi”nin qarşısında duran yox idi. Gələn-gedənə qollar vurub udurduqk. Amma eyni zamanda Avroliqadakı çıxışımızı və çempionatın səviyyəsinin artmasını da vurğulamaq lazımdır. İndi xal qazanmaq çətindir.
- Qış fasiləsində sənin Avropa klublarından birinə keçəcəyin deyilirdi. Bu məsələ nə yerdə qalıb?
- Bunu sizə dəqiq deyə bilmərəm. Çünki bu işlə klubun rəhbərliy və baş məşqçimiz məşğul olur. Yeri gəlmişkən, Sadıq Sadıqov mənə “qal” desə, “Neftçi”dən getmərəm. Lakin Sadıq müəllim çalışır ki, yerli gənc futbolçular Avropa klublarında oynasınlar. Ona görə də bilirəm ki, Avropa klublarının birindən yaxşı təklif gəlsə, klubumuzun prezidenti məni buraxacaq. Mən də istəyirəm ki, Avropanın tanınmış klublarının birində futbol oynayam. Hazırda xəbər gözləyirəm və Avropa klublarına getmək üçün startdayam.
- Səncə, qış fasiləsi zamanı komandanızın hansı mövqelərini gücləndirməyə ehtiyac var?
- Bunu daha dəqiq baş məşqçimiz deyə bilər. O, komandadakı çatışmazlıqları bizdən daha yaxşı görür. Lakin fikrimcə, bizə birinci növbədə Saşa Stamenkoviçlə rəqabət aparacaq güclü bir qapıçı lazımdır. Demirəm ki, Saşa zəif qapıçıdır. Sadəcə, o da fikirləşməməlidir ki, zəif dursam, yenə də əsas qapıçı olacağam. Məncə, bütün mövqelərimizə futbolçu lazımdır. Lap yeri gəlsə, Kanales və Flavinyo ilə rəqabət aparacaq futbolçular gərəkdir. Çünki rəqabət olan yerdə inkişaf da olacaq.
Əli HƏYATİ
"Arsenal" Gyökereş üçün 80 milyon ödəməyə hazırdır
"Liverpul" yoxlama oyunu keçirdi
PSJ onunla yeni müqavilə imzalamaq istəyir
"Atalanta" Gürcüstan millisinin hücumçusu ilə maraqlanır
"Biz 3 və ya 4 dəfə Çempionlar Liqasını qazana bilərdik"
Yeni tikilən Gəncə stadionundakı durum - Şəkillər
"Liverpul" futbolçusunu Rodriqo ilə dəyişmək istəyir
"Real"da iki ayrılıq baş verə bilər
"İmişli" daha bir legioneri transfer etdi - Rəsmi
"Neftçi"nin sabiq hücumçusu ərəb klubunda - Rəsmi
“Real”dan “Benfika”ya keçdi
"Qalatasaray"dan 5 qollu qələbə - Video
Firminonun yeni klubu bilindi
"Fənərbaxça" rəhbərliyində daha bir istefa
18 ildən sonra qayıtdı, qol vurdu, zədələndi
40 yaşlı Kasorla ilə müqavilə uzadıldı
"Zirə"nin rəqibi 3-cü oyununda da qalib gəldi
“Qarabağ” Avstriyada: köhnə rəqiblər, uğurlu sınaqlar
Messi ardıcıl 5-ci oyunda dubl etdi
Orkun Kökçü "Beşiktaş"da - Rəsmi
"Fənərbaxça" ingiltərəli futbolçu transfer etdi
Azərbaycan millisi Dünya Seriyasının 1/4 finalında
Tramp klublararası dünya çempionatının finalında olacaq
"Kəpəz"dən növbəti transfer - Rəsmi
"Arsenal" onunla yeni müqavilə imzalamağa yaxındır
"Barselona" onu Levandovskinin əvəzi kimi istəyir
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Real" 20 yaşlı hücumçunu transfer etdi
"Zirə" İordaniya klubuna qalib gəldi
"İmişli"də yeni müqavilə - Rəsmi
“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”
"Mançester Yunayted"də ciddi itki
Emreli yoxlama oyununda yenə qol vurdu
"Real" Vinisiusla aparılan danışıqları dayandırdı