“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
-Asif, “Neftçi” ilə oyun barədə nə deyə bilərsiniz?
-Düşünürəm ki, ilk hissədə bərabər oyun oldu, fasilədən sonra isə biz yaxşı oyun sərgilədik. İkinci hissədə biz rəqibdən iki baş üstün oynadıq, lakin bəxtsizlik qonaqların qapısı önündə yaratdığımız çoxsaylı vəziyyətlərdən heç olmasa birini yerinə yetirməyə mane oldu.
-Yəni ikinci hissədə buraxılmış bütün anları bəxtsizliklə əlaqələndirirsiniz?
-Bəli, məhz bəxtsizliklə əlaqələndirirəm. Bizim bəxtimiz gətirmədi. Top gah qapı dirəyinə dəydi, gah qapıçının burnuna, gah da qulağına, bir sözlə, top qapıçının əsasən müxtəlif bədən hissələrinə dəydi və israrla qapıdan keçmək istəmirdi.
-Çox güman ki, stadionda baş verənlər komandanı realizasiyalar üzərində diqqətlə işləməyə vadar edəcək…
-Əlbəttə. İndi bizi qış fasiləsi gözləyir, bütün komandalar toplanışa yollanacaq. Bizim də fasilədə realizasiyalar üzərində işləməyə vaxtımız olacaq. Şanslarımızdan inamla yararlanmaq və daha soyuqqanlı davranmaq lazımdır.
-“Neftçi” ilə matçda “İnter” bir xal qazandı, yoxsa iki xal itirdi?
-Dəqiq deyə bilərəm -biz iki xal itirdik.
-Məlum olduğu kimi, bu mövsüm “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşə bilmiş yeganə Azərbaycan klubu oldu. Bu faktor komandamıza əlavə motivasiya verirdimi?
-Biz “Neftçi” ilə oyuna ikiqat motivasiyayla köklənirik. Bu komandayla matçlar həmişə mürəkkəb keçir. “Neftçi” yerli futbolun liderlərindən biridir. Bu komanda qızıl medallara əsas namizədlərdən biridir, buna görə də, onlarla qarşılaşmalara həmişə xüsusi köklənərək meydançaya çıxırıq.
-“İnter” qış mövsümünə çempionatın lideri kimi yollandı. Mövsümün ilk hissəsini dəyərləndirməyinizi xahiş edirik.
-Biz çempionata o qədər də parlaq başlamadıq. Lakin sonradan özümüzə gəldik və oyunumuzu tapdıq. Əla haldır ki, biz mövsümün birinci hissəsini lider kimi başa vurduq, ancaq unutmaq lazım deyil ki, irəlidə bizi çoxsaylı oyunlar gözləyir. Bizə rahatlaşmaq lazım deyil, ilk hissədə olduğu kimi hərəkət etmək lazımdır.
-Asif, azarkeşlər qış fasiləsindən sonra “İnter”dən nə gözləsinlər?
-Çempionatın ikinci hissəsində ötən 18 turda əldə etdiyimiz uğurumuzu möhkəmləndirmək lazımdır. Komanda toplanışda yaxşı çalışmalıdır. Çatışmazlıqlarımızı aradan qaldırmağa çalışmalı və çempionatda mübarizəni yaxşı ritmdə davam etdirməliyik.
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?