“Qəbələ” klubunun baş meneceri Zaur Əzizovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ”nin ilin sonuna qədərki çıxışını necə dəyərləndirirsiniz?
- Ötən mövsüm qarşımıza qoyduğumuz nəticəyə çata bilmədik. Lakin bu mömsümkü nəticəni qənaətbəxş adlandırmaq olar. Düzdü, deməzdim ki, hər şey istədiyimiz kimi gedir. Ancaq hazırkı vəziyyətimiz gələn il üçün böyük ümidlər verir.
- Fatih Kavlakın dönəmində komandanız uğursuz çıxışlar edərək vacib xallar itirdi. Ramiz Məmmədovun gəlişindən sonra isə “Qəbələ” uğurlu çıxışlar etdi. Bu mənada, klub rəhbərliyi baş məşqçinin faəliyyətinə necə qiymət verir?
- Məhz uğursuz nəticələrə görə komandamızın baş məşqçi dəyişdirildi. Ramiz Məmmədov komandanı yüksək pillələrə qaldırdı. Klub rəhbərliyi onun gördüyü işlərlər və komandanın nəticəsindən razıdır.
- Hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmısınız. Sizcə, daha yüksək pillələrdə qərarlaşmağa layiq deyildinizmi?
- “Bakı”, “Turan”,”Simurq” klublarıyla oyunlarda yalnız şanssızlıq üzündən vacib xallar itirdik. Elə Ramiz Məmmədovla birgə toplantı zamanı bu fikir üstündə dayandıq. Xüsusilə “Turan” və “Bakı” ilə oyunlarda komandamız qalib gəlməliydi. Düzdü, beşinci pillə bizə layiq yer deyil. Amma mövsüm ərzində klubda baş verənləri nəzərə alsaq, sözsüz ki, bu mövqedə qərarlaşmağımız pis nəticə hesab olunmamalıdır. Ümid edirik ki, yanvar toplanışından sonra komandamız daha yüksək pillələrdə qərarlaşacaq.
- Bu mövsüm qarşınıza qoyduğunuz məqsəd nədən ibarətdir: çempion olmaq, yoxsa, Avroliqaya vəsiqə qazanmaq?
- Bir məqsədimiz var. Bunu baş məşqçi Ramiz Məmmədov da bildirib ki, çempionluğa oynayırıq. Lakin bu futboldur, istənilən nəticə ola bilər. Lakin komandamız Avroliqaya vəsiqəni təmin etməyə yaxındır. Ona görə də, çempion ola bilməsək belə, bunu faciə kimi qəbul etməyəcəyik. Biz hər istəyimizi mərhələ- mərhələ həyata keçirməyi düşünürük. Əvvəla, ilk “altılığ”a düşmək üçün lazımı xalları toplamalıyıq. Liderlər mövqeyində möhkəmləndikdən sonra çempionluq yarışına start verməliyik.
- Artıq qış transfer pəncərəsi açılır. Komandanızdan gedəcək futbolçular müəyyənləşib?
- Həmin futbolçularla bağlı ilk öncə baş məşqçinin fikirlərini öyrənməliyik. Onsuz da gedən və gələn futbolçular olacaq. Lakin heyəti tam dəyişmək olmaz. Yəni hansısa futbolçunun yeri dolmamış kimisə göndərmək düzgün olmazdı. Sözsüz ki, güclənməyə ehtiyacımız var. Transfer məsələsində bizim demək olar ki, yol xəritəmiz təxminən bəllidir. Bu məsələləri gündəlik olaraq baş məşqçiylə müzakirə edirik. Gedən və gələn futbolçularla bağlı hansısa bir yenilik olan kimi bunu mətbuata açıqlayacağıq.
- Ümumiyyətlə, Ramiz Məmmədov komandada daha çox hansı mövqeyi gücləndirməyi düşünür?
- Təbii ki, çempion olmaq istəyən komandanın bütün mövqeyi gücləndirməlidir.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?