“Simurq” klubunun icraçı direktoru Vaqif Əliyevin Qol.Az saytına müsahibəsi
- Komandanızın 2012-ci ildəki çıxışına ümumən necə qiymət verərdiniz?
- Nəticələriiz göz qabağındadır. Komandamızın çıxışından tam razıyıq. Turnir cədvəlində ikinci yerdəyik, göstərdiyimiz oyun da bizi qane edir. Fikrimcə, biz yaxşı və əzmkar bir komanda yarada bilmişik. Legioner futbolçuların səviyyəsi, göstərdiyi oyun çox uğurlu alındı. Bilirsiniz ki, paytaxt klublarından fərqli olaraq, bölgə komandalarına səviyyəli legionerlər gətirmək çətindir. Lakin bizə bu yöndə lazımi şərait yaradıldı.
- Yəqin, “Simurq”un qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində getməsi sizin üçün də gözlənilməz oldu.
- Əlbəttə. Biz ilk öncə normal və döyüşkən komanda yaratmağı planlaşdırmışdıq. Lakin çempionatın gedişatında gördük ki, komandamızın oyunu çox yaxşı alınır. Bundan sonra da planlarımız böyüməyə başladı.
- Amma “İnter”lə aranızdakı qardaşlıq münasibəti barəsində söz-söhbət səngimək bilmir. Son olaraq “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “İnter” və “Simurq”un bir-birinə xal verdiyini iddia edib.
- Bu təxribatlara fikir vermirik. Nə qədər bizim uğurlara kölgə salırlarsa, nə qədər tənqid edirlərsə, bir o qədər də güclənirik.
- Bu mövsüm “Simurq”un hədəfi çempionluqdur, yoxsa?
- Necə olacağını gələcək göstərəcək. İşlərimiz yaxşı getdiyi üçün məqsədlərimiz də böyüdü. Ən pis halda Avrokuboklara vəsiqə qazanmağı düşünürük. Hər bir əsgərin arzusudur ki, general olsun. Nə vaxta qədər paytaxt komandaları çempion olacaq? Qoy, bir dəfə də bölgə klubları çempionluq yaşasın.
- “Turan”ın forvardı Salif Ballonu komandanıza transfer etməkdə qərarlısınız?
- Bəli, gündəmimizdə bu futbolçu var. Elə “Turan” rəhbərliyiylə də bu barədə söhbətimiz olub. Onlar bildirib ki, gedən futbolçunu biz saxlamarıq. Əgər danışıqlarımız müsbət olsa, bu futbolçunu sıralarımızda görə biləcəksiniz.
- Komandanızda nə kimi dəyişiklər gözlənilir?
- Gedənlərin siyahısı hələ bilinmir. Bu məsələ hələ gündəmdə deyil. Hazırda hamı istirahətdədir. Komanda bir yerə toplanandan sonra bu məsələyə qayıdılacaq.
- Bəs təlim-məşq toplantınızı harada keçirəcəksiniz?
- Yanvarın 10-dan fevralın 2-nə qədər Antalyada hazırlıqda olacağıq.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?