“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Bu gün Premyer Liqanın XVIII turu çərçivəsində doğma meydanda çempionatın iddialı klublarından olan AZAL-ı qəbul edəcəksiniz. Bu qarşılaşmaya komandanı tam hazır hesab edirsənmi?
- Şükürlər olsun ki, heyətlə bağlı hər şey qaydasındadır. Hər kəs ilin son oyunu olmasına baxmayaraq, bu görüşə maksimum motivasiya olub. Biz bu il öz gücümüzü və nəyə qadir olduğumuzu sübut etmişik. AZAL-la oyunda bizi yalnız qələbə qane edir.
- Səncə, bu gün qalib gələ biləcəksiniz?
- Bilirsiniz, biz bu günə qədər yetərincə xal itkisinə yol vermişik. Artıq bunu etməyə haqqımız yoxdur. Həm heyət baxımından, həm də komandamın potensialını nəzərə alsaq, bu görüşün favoriti bizik. Ona görə də, kollektivdəki hər kəs bu gün qalib gələcəyimizə inanır.
- Komanda yoldaşlarının bir neçəsinə artıq digər Avropa klublarından təkliflər var. Bəs, sənə necə?
- Düzünü deyim ki, bu barədə xəbərim yoxdur. Ola bilsin ki, hansısa klublardan təkliflər var. Lakin bu barədə mənə hələ heç nə deyilməyib.
- Özünü Avropa klublarında sınamaq istərdinmi?
- Əlbəttə ki, bu mənim arzularımdan biridir. Hər bir özünə güvənən futbolçu bunu istəyər. İnşallah, təklif gələrsə, rəhbərliklə məsləhətləşdikdən sonra qərar verəcəyəm.
- Son turlarda əsas heyətdə meydana çıxmırsan. Bunun səbəbi nədir?
- Düzünü desəm, bunun səbəbini heç mən özüm də bilmirəm. Bu sırf olaraq baş məşqçinin qərarıdır. Yəqin ki, məsləhət olarsa, əsas heyətdə oynayacağam.
- Bu barədə baş məşqçi Böykağa Hacıyevlə söhbətin olub?
- Xeyir, bu barədə baş məşqçimizlə ümumiyyətlə söhbətim olmayıb.
- Bəlkə aranızdan "qara pişik" keçib. Xəbərimiz yoxdur?
- Səmimi deyirəm ki, baş məşqçiylə aramızda heç bir konflikt olmayıb. Münasibətlərimiz də öz qaydasındadır. Oynamamağıma gəlincə isə baş məşqçi belə məsləhət görür. Buna böyük hörmətlə yanaşıram.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?