AZAL klubunun qapıçısı Amil Ağacanovun Qol.Az saytına müsahibəsi
- Bu gün Premyer Liqanın XVIII turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyunda komandandan nə gözəyirsən?
- Biz hər zamanki kimi qələbə üçün meydana çıxacağıq. Rəqibimiz son çempion və Avroliqanın iştirakçısı olsa belə. Əgər öz oyunumuzu ortaya qoysaq, uğur qazana biləcəyik. Çünki AZAL-ın özünəməxsus oyun üslubu var.
- Bu görüşdə qarşınıza qoyulan əsas məqsəd nədir?
- Turnir cədvəlindəki vəziyyət bu görüşə yalnız maksimum nəticə üçün çıxmalı olduğumuzu göstərir. Elə rəhbərlik də bizdən hər oyunda qələbə istəyir. Bu gün qalib gəlsək, ilk "altılıq" uğrunda əsas rəqibimiz “Xəzər Lənkəran”ı geridə qoyacağıq. Heç–heçə bizim üçün sərfəli deyil.
- Necə düşünürsən, “Neftçi”ni məğlub edib qış fasiləsinə ilk ”altılıq”da yollana biləcəksiniz?
- Niyədə bunu bacarmayaq. Bu, potensial bizdə böyükdür. Əlimizə şans düşüb ki, son turun oyununda qalib gələrək “Xəzər Lənkəran”ı geridə qoyaq. İstəyimiz də ilk ”altılıq”da öz yerimizi tutmaqdır. Bütün qarşılaşmalarda demək olar ki, ən çox bizim real qol imkanlarımız olurdu. Lakin çox təəssüflər olsun ki, onlardan maksimum yararlana bilməmişik. Elə imkanlardan istifadə edə bilmədiyimiz oyunlarda xal itkisinə yol vermişik. Əgər belə olmasaydı, indi AZAL daha yüksək pillədə qərarlaşardı. Bizim komanda ən əzmkar komandalardandır.
- Komandanın qapıçısı kimi AZAL-ın "qol maşını" sayılan Nildonun son turlarda fərqlənə bilməməsi haqda nə deyə bilərsən?
- Deyim ki, nəsə böyük problemi var. Bu yalan olar. Məsələn, “Turan”la qarşılaşmada da xeyli sayda qol imkanlarını boşa vermişdi. Həmin oyunda ən aktiv olan futbolçularımızdan biri Nildo idi. Lakin qol vura bilmədi. Hətta qapçını aldadaraq geridə qoysa belə, topa zərbə endirən zaman yıxılırdı. Gözlənilməz şeylər yaşayır. Sanki, bu futbolçu tilsimlənib. Əslində Nildo çox bacarıqlı, səviyyəli və çətin bir mövqelərdən qol vurmağı bacaran hücumçudur.
- Bəlkə də, ilin son oyunları olduğu üçün artıq legionerlərin əksəriyyəti evlərinə qayıtmaq haqda düşünməyə başlayıblar. Məhz bu səbəbdən də oyunları alınmır.
- AZAL-da belə bir şeyin olması inanılmazdı. Çünki futbolçularımız çox peşəkardır və hər oyuna baş məşqçimiz tərəfindən yüksək motivatsiya olunuruq.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?