“Qəbələ”nin kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 18-ci turunda Tovuzdan üç xalla döndünüz. Razısanmı ki, “Turan” bu dəfə də “sizə çətin anlar yaşatdı?
- Oyun asan keçmədi. Meydançanın bərbad olması isə işimizi daha da çətinləşdirdi.
- Birinci dövrədə “Turan”a uduzmuşdunuz. Bu mənada, komandanızda hansısa gərginlik var idi?
- İlk dəqiqələrdə bir az ehtiyat edirdik. Lakin üstünlük sonradan bizim tərəfimizə keçdi. Xeyli real qol imkanı yaratdıq. Sadəcə, dediyim kimi, belə meydançada yaxşı oyun nümayiş etdirmək olmur. Demək olar ki, Qəbələdəki ilk görüşün eyni ssenarisi davam edirdi. Hücumların ardı-arası yox idi. Lakin top qapıdan keçmək istəmirdi. Ona görə də əsəblərimiz tarıma çəkilirdi. Birdə ki, nə olursa-olsun, qarşımıza qoyulan vəzifə səfərdən üç xalla qayıtmaq idi. Bunu da bacardıq.
- Meydançadan şikayət etdin. Bəlkə oranın durumundan bir az ətraflı bəhs edəsən.
- Ötürmə edərkən top yerindən heç iki metr tərpənmirdi. Ona görə də məcbur qalıb bütün ötürmələrimizi daha çox havayla edirdik. Biri var meydança su ola, biri də var, tamamilə palçıq. Palçıqın içində necə futbol oynamaq olar? Bundan başqa hər tərəfi qar basmışdı. Hətta soyunub-geyinmə otağı su içində idi. Meydança qardan təmizlənməmişdi. Sadəcə, bu qarşılaşmada daha çox istəkli olduğumuz qələbə qazandıq.
- Qış fasiləsinə dördüncü yeri tutaraq getdiniz. Artıq ilk “altılıq”da qalmağa yaxınlaşırsınız.
- Dördüncü yer pis nəticə deyil. İnanıram ki, mövqeyimizi qoruyub saxlayacağıq. Bundan sonra məqsədimiz çempionluq və ya avrokuboklarda oynamaq olacaq.
- Rusiya Premyer Liqasında oynayan “Krılya Sovetov” və “Rostov” klublarından təklif almağın barədə xəbərlər dolaşıb.
- Bəli, bu klublar menecerimə təklif göndərmişdilər. Bildirmişdilər ki, mənim xidmətimdə maraqlıdırlar. Hətta bəzi oyunların disklərini də istəmişdilər. Düzü, hazırda “Qəbələ”yə elə bağlanmışam ki, yalnız onun uğurları haqda düşünürəm. Çalışıram ki, əlimdən gələni edim ki, ən azı yüksək yerlər uğrunda mübarizə aparsın. Lakin bu çox sevindirici haldır ki, Rusiya əsas liqasında çıxış edən iki tanınmış klub mənim xidmətimdə maraqlıdır. Gələcəkdə klub rəhbərliyi ilə bu barədə söhbət edəcəyəm. Əgər rəhbərlik icazə versə, legioner həyatı yaşamaq istərdim.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək