"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Premyer Liqanın 18-ci turunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- “Xəzər Lənkəran”a qarşı vacib oyununuz var. Bu oyuna hazırlıqlar necə gedir?
- Hazırlıqlar normaldır. Amma üç gün əvvəl “Bakı” ilə qarşılaşmışıq. Ona görə də sabahkı oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Dünən və bu gün əsas hazırlıqlara başlamışıq.
- Oyunçularınızın durumu necədir?
- Vacib oyuna itki ilə çıxacağıq. Maksim Medvedyev zədə səbəbindən, Qara Qarayev isə keçən oyun cəzalı olduğundan bizə kömək edə bilməyəcəklər.
- “Xəzər Lənkəran”la birinci oyunda məğlub olmuşdunuz. Bu məğlubiyyətin əvəzini çıxmaq şanslarınızı necə görürsünüz?
- Biz əslində məğlubiyyətin əvəzini çıxmaq haqqında düşünmürük. Hansı komanda olmasına rəğmən, qələbə üçün meydana çıxacağıq.
- Klub rəhbərliyi ilə son görüşünüzdə çempionluq vədi verdiniz. Bu, sizin üçün çətin olmayacaq?
- Biz hər il çempionluğa oynayırıq. Bu çempionluq vədi söhbəti bir az şişirdilib. Hər il biz rəhbərliklə bu barədə danışırıq. Mən bu komandaya təbii ki, nəticə qazanmaq üçün gəlmişəm. Rəhbərliyə bu sözü verməliyəm. Əlimizdən gələni edəcəyik ki, vədimizi yerinə yetirək.
- Artıq komandalar qış fasiləsinə yollanır və transfer dönəmi başlayır. Hansı mövqeləri gücləndirmək fkrindəsiniz?
- Hər bir mövqeyə futbolçu almağı düşünürük. Əgər istədiyimiz oyunçuları tapsaq, bütün mövqelərimizi gücləndirəcəyik.
- Braziliyalı futbolçu Kladudio Alveşk baxışdan keçmək üçün komandanıza gəlmişdi . Onun haqqında nə qərar verəcəksiniz?
- Gənc və perespektivli futbolçudur. 19 yaşı var. Pis təsir bağışlamadı. Vaxtımız az olduğu üçün tam yoxlaya bilmədik. Ona görə geri göndərdik. Amma fevralda yenidən çağıracağıq.
- İcarə əsasında “Kəpəz”də oynayan Bəxtiyar Soltanovun dekabrın axırı icarə müddəti başa çatır. İkinci dövrədə bu futbolçunu “Qarabağ”ın oyunlarında görə bilərik?
- Bəxtiyar müqavilə ilə bizə məxsusdur. Amma Bəxtiyar da oynamalı, komandası olmalıdır. “Xəzər Lənkəran”la oyundan sonra bu barədə düşünəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?