"Qarabağ”ın kapitanı Rəşad Sadıqov sabah Premyer Liqanın 17-ci turunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Sabah “Xəzər Lənkəran”la vacib qarşılaşmalardan birinə çıxacaqsınız. Görüş öncəsi fikirlərin necədir?
- Mövsümün əvvəlində “Xəzər Lənkəran”ın oyunu istəsdiyi kimi alınmırdı. Lakin hazırda yaxşı formadadırlar. Bizimlə oyuna yaxınlaşanda onlar özlərinə gəlməyə başladılar. Son matçları da bunu sübet edir. Hətta “Neftçi” ilə derbi görüşündə də qələbə qazandılar. Ancaq biz əlimizdən gələni edəcəyik ki, məğlub olmayaq. Məqsədimiz qələbə qazanmaqdır.
- Lənkəran təmsilçisinin “Neftçi” məğlub etməsi sizdə bir həyacan yaradıbmı?
- Onsuz da “Xəzər Lənkəran”la hər oyun bizim üçün narahatlıq yaradır. Həm iddialıdırlar, həm də güclü heyətləri var. “Neftçi” üzərindəki qələbə onları daha da ruhlandırıb. Bizimlə görüşdə də qalib gəlmək istəyəcəklər. Bir sözlə, çox çətin oyun olacaq.
- Yeri gəlmişkən, “böyük oyun”un nəticəsini ədalətli sayırsan?
- Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi. Çünki ilk hissədə ev sahibləri yaxşı təsir bağışladısa, ikinci yarıda “Neftçi” daha üstün oldu. Hətta “Neftçi” qələbə də qazana bilərdi. Ancaq “Xəzər Lənkəran”a üç xal daha çox lazım olduğundan imkan düşən kimi qələbə topunu vurmağı bacardılar.
- Qayıdaq yenidən sizin Lənkəran təmsilçisiylə oyununuza. Bu görüşdə zədəsi səbəbindən Maksim Medvedyev, cəzalı olduğu üçün isə Qara Qarayev iştirak etməyəcək.
- Onların olmaması bizə çətinliklər yaradacaq. Lakin əlimizdən gələni etməyə çalışacağıq ki, onların yoxluğunu sığortalayaq.
- Bəs, qələbə şanslarınızı necə görürsən?
- Hər iki komandanın şansı 50/50-yədir.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"