“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 18-ci turunda sabah bu mövsüm surpriz nəticələrə imza atan “Turan”la qarşılaşacaqsınız. Bu görüşdə komandanızdan nə gözləyirsiniz?
- Bu mövsüm “Turan” çox yaxşı təsir bağışlayır. Bir çox iddialı komandanı məğlub ediblər. Bu isə komandanın yeni baş məşqçisi Əfqan Talıbovun və Namiq Məstanovun rəhbər vəzifəyə gəlişindən sonra baş verdi. Rəqibin öz meydanında daha yaxşı təsir bağışladığını söyləmək olar. Buna görə də bu komandaya hörmətlə yanaşmaq lazımdır. Ancaq bütün gücümüzü sərf edərək, qalib gəlməyə çalışacağıq. Futbolçular da öz aralarında söhbət edərək, bir-birilərinə dəstək olaraq, məşqçilər heyətinə qalib gələcəklərinə söz veriblər. Oyunçularımız çox həvəslidirlır.
- Amma nəzərə alaq ki, Tovuz stadionunun hazırkı durumu ürəkaçan səviyyədə deyil. Bu, sizin qələbə qazanmağınıza mane olmayacaq?
- Futbol dörd fəsilin hamısında oynanılır. Əsl peşəkar futbolçu istənilən hava şəraitində oynamağı bacarmalıdır. Lakin bu o demək deyil ki, stadionun yaxşı səviyyədə olmaması bizim xeyrimizə olacaq. Xeyr. Yaxşı vəziyyətdə olmayan meydançada sürətli və texnikalı futbol nümayiş etdirmək çətindir. Ancaq hazırda elə bir vəziyyətdəyik ki, hava şəraiti, meydançadan asılı olmayaraq, qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Bir sözlə, futbolçularımız əsgər, biz isə onların zabitləriyik. Verdiyimiz tapşırıqları maksimum dərəcədə həyata keçirməlidirlər.
- Qəbələ “Turan”a məğlub olmağınız komandanıza çox pis təsir etmişdi. Bu səbəbdən futbolçularını psixoloji cəhətdən oyuna hazırlaya bilmisiniz?
- Bizim futbolçularımızın əksəriyyəti peşəkardır. Hər birisilə fərdi söhbət etmişəm. Bütün tapşırıqlarımı vermişəm. Unutmaq lazım deyil ki, məhz “Turan”a məğlubiyyətimizdən sonra dalbadal beş oyun qələbə qazandıq. Düşünürəm ki, “Simurq”a məğlubiyyətimizdən sonra da yenidən uğurlu seriyaya start verəcəyik. Artıq “Simurq” oyununu unutmuşuq. Yalnız “Turan” üzərindəki qazanmaq istədiyimiz oyun haqda düşünürük.
- “Turan”ın müdafiədəki inamlı oyununun səbəbini çözə bilmisiniz?
- Bəli. Komandayla birgə rəqibin oyunlarını yaxşı təhlil etmişik ki, bunun da bizə çox köməyi dəyəcək. Lakin özünüz də gördünüz ki, Qəbələdəki real qol vəziyyətlərindən istifadə edə bilmədik. Bu dəfə isə bəxt amilinin bizim tərəfimizdə olacağına ümidimiz böyükdür.
- Hazırda 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmısınız. Əsas izləyiciləriniz “Xəzər Lənkləran”və AZAL sizi qarabaqara izləyir. Reallıqla götürsək, ilk “altılığ”a düşə biləcəyinizə inanırsınız?
- Buna gücümüz və inamımız var. Məqsədimiz hər kəsə bəllidir. Bunu hər dəfə təkrar etməyin mənası yoxdu. Bizim birinci hədəfimiz ilk “altılığ”a düşməkdir. İnşallah, sonrakı məqsədlərimiz hər kəsə bəlli olacaq. Amma “arxı tullanmamış, hop deməzlər”. “Turan”dan üç xal alsaq, bir çox məsələyə aydınlıq gələcək.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"