“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Bu ilin sonuncu oyununu Premyer Liqada “Xəzər Lənkəran”a qarşı keçirəcəksiniz. Qarşılaşmadan nə gözləyirsən?
- Hazırda ən yaxşı formada olan komandalardan biri “Xəzər Lənkəran”dır Çox çətin oyun olacaq. Matça ciddi hazırlaşırıq. Üç xal bizə hava və su kimi lazımdır. Bilirik ki, “Xəzər Lənkəran” axırıncı oyunda “Neftçi”yə qalib gəlib. Buna görə də bizimlə oyuna yaxşı əhval ruhiyyədə çıxacaq.
- Yeri gəlmişkən, “Xəzər Lənkəran” son turda qalib gəlsə də, siz “Bakı” ilə oyunda iki xal itirdiniz. Bu mənada, komandanızda ab-hava necədir?
- Bizdə əhval-ruhiyə lap yaxşıdır. “Xəzər Lənkəran”dan öndəyik. "Bakı" ilə oyunda bir xal qazanmağı pis nəticə hesab etmirəm. Hər iki komanda bu oyuna çox ciddi hazırlaşır. Ona görə də çox çətin və maraqlı görüş olacaq. Bu oyuna ürəyimizi, canımızı qoyacağıq.
- “Xəzər Lənkəran”ın “Neftçi”yə qalib gəlməyi sizi qorxutmur ki?
- Yox, niyə qorxmalıyıq ki? Burda qeyri-adi bir şey görmürəm. Bu mövsüm biz də “Neftçi”yə iki dəfə qalib gəlmişik. Bu çempionat elədir ki, istənilən nəticə qeydə alına bilər. Bütün fikirləri başımızdan atıb, ancaq qələbə haqqında düşünəcəyik.
- Rəqibin əsasən hansı mövqeləri sizin üçün təhlükəli olacaq?
- “Xəzər Lənkəran” komanda şəklində yaxşı oynayır. Biz konkret komandaya qarşı hazırlaşırıq, hansısa oyunçuya qarşı yox. Ancaq komandanın kapitanı Rahid Əmirquliyevi qeyd edə bilərəm. O, hər an oyunu dəyişə biləcək bir futbolçudur. “Xəzər Lənkəran”ı yaxşı təhlil etmişik. Düşünürəm ki, təhlükəli futbolçusunun qarşısını almaq bizə çətin olmayacaq.
- Başa çatmaqda olan 2012-ci il üçün “Qarabağ”ın oyunlarını necə qiymətləndirirsən?
- Hər il olduğu kimi, bu ildə komandamızın enişli- yoxuşlu dövrləri oldu. Üç oyun ardıcıl məğlub olan vaxtlarımız da vardı. Allaha şükür ki, bu vəziyyətdən çıxdıq. İndi daha yaxşı formadayıq. Komanda daha da optimallaşıb. Əhval-ruhiyyəmiz də yerindədir. Artıq oyunçularımız bir-birini daha yaxşı başa düşür. Düşünürəm ki, bu il bizim üçün pis olmadı.
Ramiq AĞAMƏMMƏDOV
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"