“Neftçi” klubunun kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 17-ci turunda “Xəzər Lənkəran”la növbəti böyük oyununuz baş tutdu. Lakin bu dəfə də beşillik uğursuz sindromu qıra bilmədiniz.
- Mən buna sindrom deməzdim. Sadəcə, “Xəzər Lənkəran” güclü komandadır. Bizimlə oyunda bütün komandalar ikiqat güclə mübarizə aparır. Onlar da bu matça daha fərqli yanaşırlar. Lənkəranda meydaçanın yararsız vəziyyətdə olması, oyunun sürətini və gözəlliyini çox aşağı saldı. Lakin buna baxmayaraq, ikinci hissədə xeyli qol epizodumuz oldu. Amma bunlardan yararlana bilmədik. Rəqibin son dəqiqələrdəki hücumu zamanı isə müdafiədəki səhvimiz ucbatından məğlub olduq.
- Səncə, bu görüşdə nəticə oyuna görə oldu?
- Mən belə deməzdim. Biz daha üstün oyun nümayiş etdirdik. Düşünürəm ki, qismətimizdə qələbə qazanmaq yox idi.
- Baş məşqçiniz Böyükağa Hacıyev sənin son iki turda mükəmməl oynadığını bildirib. Amma hələ də əvvəlki formandan uzaqsan.
- Hər kəs məhz belə deyir. Mən “Neftçi”yə gələn zaman bu klubda dəyişikliklər olmuşdu. Hardasa komandaya 7-8 futbolçu gətirildi. Hər kəs bilir ki, belə vəziyyətdə futbolçulara uyğunlaşma üçün zaman verilməlidir. “Qarabağ”da tam başqa cür olmuşdu. Çünki mən oradakı futbolçularla üç ildən çox bir yerdə çıxış etdik. Başımı qaldıranda onların harada olduğunu əzbər bilirdim. Lakin “Neftçi”də fərqli futbolçular, fərqli taktika olduğundan bir az zamana ehtiyacım vardı. Son vaxtlara qədər bir- birimizi tam anlaya bilmirdik. Son turlarda isə artıq hər şey qaydasına düşür. İndi tamam başqa futbol oynayırıq.
- “Neftçi” rəhbərliyi və baş məşqçinizin dediyinə görə, bir çox komanda yoldaşınla Avropa klublarından təkliflər gəlib. Bəs sənə necə?
- Dəqiq deyilmir kimlərə və hansı klublardan təkliflər gəlib. Ancaq bizə söyləyiblər ki, müəyyən klublardan təkliflər var. Lakin bu, dəqiq olaraq dekabırın 25-dən sonra açıqlanacaq.
- Yaxşı bir təklif olsa, qəbul edəcəksən?
- Əlbəttə, yaxşı klubdan dəvət olsa, rəhbərlik də halallığını versə, gedərəm.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi