Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan Kamran Ağayev 2012-ci il üçün milli komandamızın ən yaxşı qapıçısı seçilib. Qol.Az-ın məlumatına görə, bununla bağlı AFFA-nın təşkil etdiyi mükafatlandırma mərasimindən sonra K.Ağayev jurnalistlərin suallarını cavablandırıb
- Milli komandada ilin ən yaxşı qapıçısı seçildin. Təəssüratlarını bilmək istərdik.
- Gözəl haldır. Bundan gözəl nə ola bilər ki? Çoxları elə bilir ki, mən futboldan gedirəm. Amma futbol məni atmasa, mən futboldan əl çəkən deyiləm. Həyat davam edir, növbəti oyunlara hazırlaşmaq lazımdır ki, bu etimadı doğruldaq. Bu adı saxlamaq qazanmaqdan çətindir. Çünki gərək həmişə öz üzərində işləyəsən, fasilə verməyəsən. Biz bu adı qazanmaq yox, qələbə üçün meydana çıxırıq. Sadəcə oyunlara baxıb bizə qiymət verirlər. Mənəni bu ada layiq görənlərə minnatdarlığımı bildirirəm.
- Belə çıxır ki, bu mükafatdan sonra növbəti ildə də milli komandanın qapısını qoruyacaqsan?
- Bu, baş məşqçidən asılıdır. Mən bu barədə heç nə deyə bilmərəm. Əsas odur ki, millimiz qalib gəlsin.
- Qış fasiləsindən sonra hansısa klubda oynayacaqsan?
- “Xəzər Lənkəran”la müqaviləm olduğu üçün başqa kluba keçə bilmədim. Yayda müqaviləm başa çatır. Artıq “Xəzər Lənkəran” dəftərini bağlamışam. “Xəzər Lənkəran”da rəhbərlikdən tutmuş azarkeşlərə qədər dostlarım var. Komandanın pis vəziyyətində çox üzülürəm. Amma qazandığım uğurların arasına “Xəzər Lənkəran”ı qatmayacağam. “Xəzər Lənkəran” karyeramdan uzaqdır. Orda tarixim var. Tarix yadda qaldı, hər şey də qurtardı.
- Avtomobil qəzasına düşməyinlə bağlı məlumat yayılıb.
- Bəli, qəzaya düşmüşəm. Amma vəziyyətim yaxşıdır. Xəsarət almamışam. Biraz qabırğalarımda zədə var. Mən yol hərəkət qaydalarını çox pozuram. Amma bu dəfə səhv məndə olmadı.
- Xarici klublardan təklif gəlib?
-Yayda istəyənlər var idi. Gedə bilərdim. Anca qaldım “Xəzər Lənkəran”da. Bu da qismətdir. Yəqin yenə təklif gələr. Hazırda getmək istəmirəm. Çünki buna hazır deyiləm. Çəkim səkkiz kiloqram artıb. Hansısa komanda lazımdır ki, orda forma yığım. Oyun təcrübəsindən əziyyət çəkirəm. “Xəzər Lənkəran” mənə elə bir qiymət qoyub ki, bu məbləğə klub saxlayırlar, futbolçu almırlar. Əgər məni böyük oyunçu kimi qiymətləndiriblərsə, sağ olsunlar. Mən futboldan əl çəkən deyiləm. Futbola qayıda bilməsəm də, futboldan rahat gedərəm. Çünki çoxlu nəticə əldə etmişəm. Ancaq getsəm, futboldan doymayıb gedəcəyəm. Milli komandamız güclə bir futbolçu yetişdirir, klublarımız həmin futbolçunu məhv edir. Əgər istəmirlərsə, “Xəzər Lənkəran”da oynayım, imkan versinlər, gedib başqa komandada öz sözümü deyim.
Ramiq AĞAMƏMMƏDOV
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi