“Simurq”un müdafiəçisi Rasim Ramaldanovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 17-ci turunda “Qəbələ”ni minimal hesabla məğlub etdiniz. Oyundan öncə qarşınıza hansı məqsəd qoyulmuşdu?
- Düzü, ən azı məğlub olmayıb bir xal qazana biləcəyimizə inanırdım. Məqsəd uduzmamaq idi. Lakin oyun başlayan zaman rəqib bizi qapımıza doğru sıxışdırmağa başladı. Bax onda məndə bir az ümidsizlik yarandı. Ancaq şükürlər olsun ki, hər şey bizim üçün yaxşı qurtardı. Səfərədən qələbəylə dönə bildik.
- Oyun zamanı daha çox müdafiə olunmaqla yadda qaldınız. Yalnız ara-sıra əks hücumlar edə bilrdiniz. Ümumiyyətlə, bu baş məşqçinizin tapşırığı idi, yoxsa, rəqib sizi buna məcbur edirdi?
- Bəli, sırf baş məşqçimizin tapşırığı idi. Ancaq etiraf etmək lazımdır ki, taktiki gedişimizdən başqa rəqibin kəsərli hücumları da bizi daha çox müdafiəni fikirləşməyə məcbur etdi. Ümumiyyətlə, oyundan öncə qarşımıza qoyulan tapşırıq əks-hücumdan erkən qol vurmaq idi. Lakin matçın gedişatı buna imkan vermədi. Çalışırdıq ki, ilk -10-15 dəqiqədə qapımızda qol görməyək.
- Həmin görüşdə yeddi futbolçunuz sarı vərəqəylə cəzalandırıldı. Bunu rəqibin güclü təzyiqi ilə əlaqələndirmək olar?
- Mən deməzdim ki, hamısı məhz bu üzdən oldu. Bir çox epizodda hakimin verdiyi qərarlar düzgün deyildi. Bu sarı vərəqlərin çoxu autdan topu gec daxil etdiyimizə görə idi. Bəzi hallarda hakim bir neçə futbolçumuza yersiz sarı vərəqə göstərdi. Mən bu idarəçilikdən narazı qaldım.
- Oyun başa çatdıqdan sonra baş hakim Vüsal Əliyev qapıçınız David Petrzkeviçə qırmızı vərəqə göstərdi. Oyunun protokulunda yazılıb ki, o, hakimi təhqir edib.
- Mən onunla bu haqda söhbət etdim. David bildirdi ki, hakimin ünvanına heç bir nalayiq söz işlətməyib. Sadəcə, doğma polyak dilində bir-iki kəlmə söz deyib. Onun da hakimə dəxli yoxdur. David komandamızdakı ən tərbiyyəli legionerlərdən biridir. Mən onun hakimi söydüyünə inanmıram.
- Mövsüm başlayanda çoxları fikirləşirdi ki, “Simurq” ilk “altılığ”a düşə bilməyəcək. Amma siz indi liderlər qrupundasınız.
- Biz hələ arxayınlaşmaq istəmirik. Hələ qarşıda kifayət qədər oyun var. Hər şey ola bilər. Lakin əlimizdən gələni edəcəyik ki, ilk “altılıq”da yer alaq. Buna ümidim böyükdür.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi