“Neftçi”nin müdafiəçisi Mahir Şükürov Premyer Liqanın 17-ci turunda “Xəzər Lənkəran”a 1:2 hesabı ilə uduzduqları oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Oyunla bağlı ümumi fikirlərin necədir?
- Bu görüşə çox yaxşı hazırlaşmışdıq. Amma hava şəraiti futbol üçün uyğun olmadı. Oyun boyu rəqib qapısı önündə xeyli real qol epizodları yaratdıq. Lakin bunlardan cəmi birini reallaşdıra bildik. Komandamız sona qədər mübarizə aparmasına baxmayaraq uduzdu.
- İlk hissədə oyununuz istədiyiniz kimi alınmırdı.
- Mən deməzdim ki, rəqib birinci hissənin sonuna qədər üstün oldular. Sadəcə, ilk 15 dəqiqəsi onların üstünlüyülə keçdi və qol vurdular. Qalan vaxt ərzində meydana daha çox biz nəzarət edirdik. Həmin imkanlardan istifadə etsəydik, böyükhesabla qələbə də qazana bilərdik.
- Fasilədə baş məşqçiniz sizə nə dedi? Çünki ikinci hissədə daha inamlı təsir bağışlayırdınız.
- Böyükağa Hacıyev bizi inandırdı ki, siz daha güclüsünüz. Lazımi tapşırıqları verdi. Bu da öz təsirini göstərdi. İkinci yarıda cavab qolunu vurduq. Nə qədər də qol vəziyyətindən yararlana bilmədik. Həm də rəqib komanda ikinci yarıda daha çox müdafiəyə oturdu. Onlar heç-heçəyə razı idi. “Neftçi” isə Lənkərana qələbə üçün gəlmişdi. Amma belə hava şəraitində, bu cür bərbad meydançada səviyyəli oyun nümayiş etdirmək mümkün deyil. Topa zərbə vurursan alınmır, ötürmə edirsən iki metrdən uzağa getmir.
- Bəs son dəqiqələrdə buraxdığınız ikinci qol kimin səhvindən oldu: sənin yoxsa, Saşa Stamenkoviçin?
- Mən topun gəlişini və onun düşəcəyi yeri nəzarətdə saxlayırdım. Sadəcə, həmin anda Saşa qışqırdı ki, top mənimdir. Mən də bir az geri durub onun topu tutması üçün şərait yaratdım. Birdə baxdım ki, Adrian Pit topu artıq götürdü. Həmin epizodda qapıçımız gecikməklə yanaşı, topa çıxmaq istiqamətini də düzgün seçməmişdi. Bir sözlə, aramızda anlaşılmazlıq baş verdi.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes mətbuat konfransında bildirib ki, baş hakim Fariz Yusifovun qərarlarının çoxu “Neftçi”nin xeyrinə idi.
- Bakes gedib “Xəzər Lənkəran”ın oyununu düzəltsin, sonra gəlib hakimləri mühakimə etsin. İki gündür Azərbaycana gəlib, artıq hakimləri günahlandırır. Məncə, Fariz Yusifovun idarəçiliyi normal idi.
Əli HƏYATİ
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım