“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev bu gün Premyer Liqanın 17-ci turunda səfərdə “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Bu qarşılaşmaya hazırsınızmı?
- Elə rəqiblər var ki, onlarla görüşə xüsusi köklənməyə ehtiyac yoxdur. “Xəzər Lənkəran” belə komandalardandır. Bütün kollektiv bu görüçün anlamını yaxşı dərk edir. Bu komandayla oyunumuz hər zaman maraqlı və prinsipial keçir. Çox komanda üçün Lənkəranda çılğın azarkeşlər qarşısında oynamaq çətin olur. Lakin bizim üçün belə olmayacaq. Çünki biz Avroliqada onminlərlə azarkeşlər qarşısında kifayət qədər oyun keçirmişik. Kiprin “Apoel”, Milanın “İnter”, Serbiyanın “Partizan” klubları ilə oyunları yada salmaq kifayət edər. Ona görə də “Xəzər Lənkəran” azarkeşlərinin komandalarına dəstəyi bizi narahat etmir. Bizim heç bir klubdan çəkinəcəyimiz yoxdur.
- Bu görüşdə komandanızın qarşısına hansı vəzifə qoyulub?
- Biz onsuz da Azərbaycan futbolunda tarix yazmışıq. Növbəti istəyimiz Lənkərandan qələbəylə dönməkdir.
- Amma beş ildir ki, “Neftçi” Lənkəranda bu istəyinə nail ola bilmir.
- Bu dəfə qələbə qazanağımıza çox inanıram. Bu gün biz Lənkəranda tarix yazacağıq.
- Rəqibiniz son vaxtlar sizdən fərqli olaraq, sabit oyun nümayiş etdirə bilmir. Bunu “Neftçi”nin üstünlüyü kimi qəbul etmək olar?
- Mən belə deməzdim. Çünki bütün rəqiblər “Neftçi”yə qarşı oyunda əjdahaya dönürlər. Başa düşmürəm, nə olub. Məgər biz “Real” Madridik, yoxsa göydən düşmüşük. Həm də çox aqressiv oynayırlar. Bilmirsən ki, paxıllıqdan belə edirlər, yoxsa?
- Komandanız son aylar sıx qrafikdə oynayıb. Bəzi futbolçularınız yorğunluq, psixoloji gərginlikdən şikayət edirdilər. “Xəzər Lənkəran”la oyunöncəsi bu problem qalmaqdadır?
- Xeyr. Artıq bu çatışmazlığı arardan qaldırmışıq.
- Baş məşqçiniz Böyükağa Hacıyev mətbuata açıqlamasında “Neftçi”nin bir çox futbolçusuna Avropa klublarından təklif gəldiyini söyləmişdi. Bu futbolçuların siyahısında sənin adın var?
- Düzü, heç nədən xəbərim yoxdur. Bəlkə də varam. Olsa belə, mənə indi deməzlər axı. İnşallah, hər şeyin vaxtı var. Əgər klub rəhbərliyi məsləhət bilsə, gedəcəyəm.
- Yəqin Avropada oynamaq istəyirsən.
- Özü də necə! Bu, mənim xəyalım və arzumdur. Pul belə istəmirəm. Yetər ki, Avropa klublarının birində oynayım.
- Hansı ölkə çempionatlarında çıxış etmək istərdin?
- Rusiya, Almaniya, İtaliya və ya Türkiyə. Başqa heç bir ölkəni istəmirəm.
- Daha nə qaldı ki?
- (Gülür) niyə Fransa, İngiltərə kimi ölkələri də qeyd edə bilərdim. Məncə, yuxarıda qeyd etdiyim dörd ölkədən birində oynaya bilərəm. Sadəcə, gərək bir az irəli çəkən olsun. Mən bilirəm ki, yaxşı təklif gələrsə, klubumuzun prezidenti Sadıq Sadıqov bunu birinci dəstəkləyəcək. Yəni, ən azı Azərbaycan futbolunun inkişafı naminə məni buraxacaq.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı