“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov sabah Premyer Liqanın 17-ci turunda “Bakı”ya qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- “Bakı”nın son vaxtlar inamlı çıxışı sizi narahat etmir?
- “Bakı” istədiyi nəticəni əldə edə bilər. Keçən mövsüm çempionatda uğurlu nəticə göstərə bilməsələr də, kuboka sahib oldular. Bizi də kubok yarışından məhz “Bakı” uzaqlaşdırmışdı. Ümumilikdə götürsək, onlara qarşı oynamaq çox çətindir. Əslində heyətindəki futbolçular və potensialına görə turnir cədvəlində doqquzuncu yerdə olmağa layiq deyillər.
- Sabahkı görüşdən nə gözləyirsən?
- Hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşmışıq. Bu isə bizə əlavə stimul verir. Bu görüşdə də qalib gəlməliyik ki, ən azı mövqeyimizi qoruyub saxlayaq. Məqsədimiz üç xal qazanmaqdır. İnşallah, bunu da əldə edərik.
- Çempionat sizin üçün uğursuz başlamışdı. AZAL-a böyükhesabla məğlub olmuş, turnir cədvəlinin aşağı pillələrində qərarlaşmışdınız. Qış fasiləsinə az qalmış lider olacağınız heç ağlından keçirdimi?
- Səmimi deyim ki, hə. Çünki heyətimizdə doğrudan da güclü futbolçular çıxış edir. Son pillələrdə olmaq, böyükhesabla uduzmaq “Qarabağ”a yaraşmır. Bir də həmin vaxtlar bəxtsizliklə də üzləşirdik.
- Artıq qış transfer pəncərəsinin açılma vaxtı yaxınlaşır. Komanda yoldaşlarından bəzilərinə Türkiyə və Ukraynadan təkliflər gəlib. Bəs, sənə necə?
- Mənim hələ “Qarabağ”la mövsümün sonuna qədər müqaviləm var. Bu komandada özümü xoşbəxt hiss edirəm. Burada məni hər şey qane edir. Bu çempionatdakı oyunların 70-80 faizində əsas heyətdə yer almışam.
- Belə çıxır ki, təklif olsa da, getməyəcəksən?
- Düzü, təkliflər menecerimə ünvanlanıb. Lakin mən daha Türkiyə birinci liqasında oynamaq istəməzdim.
- Niyə?
- Birincisi, orada maliyyə problemləri var. Mən o vaxt “Mersin idmanyurdu”nda oynayanda yeddi ay maaş almırdım. Məcbur olub məhkəməyə üz tutdum. Bir sıra problemlər olmuşdu. Futbol orada yaddan çıxır.
- Yeri gəlmişkən, pulunu ala bildin?
- Hə. Elə Cavid Hüseynovun özü də hazırda maliyyə problemləri yaşayır. Türkiyə birinci liqasındansa Azərbaycanın iddialı klublarında oynamaq yaxşıdır.
Əli HƏYATİ
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı