“Biz neçə vaxtdır, Simurq”la qarşılaşmanı səbirsizliklə gözləyirik. “Simurq” turnir cədvəlində liderlər qrupunda yer alıb. Bizim də istəyimiz komandamızın nəyə qadir olduğunu, gücünü bu qarşılaşmada bir daha sübut etməkdir. Əlbəttə, bu oyunun necə önəmli olduğunu futbolçularımız yaxşı dərk edir. Ona görə də oyunçulara artıq nəsə tapşırıq vermək yersiz olardı”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu fikirləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Premyer Liqanın 17-ci turunda “Simurq”a qarşı keçiriləcək oyun haqda danışarkən deyib. O qeyd edib ki, Zaqatala təmsilçisi güclü yarımmüdafiə xəttinə malikdir: “Sabah bizim onların bu mövqeyini tam zərərsizləşdirmək üçün hansı yollara əl atdığımızı görəcəksiniz”.
R.Məmmədov qeyd edib ki, hazırda komandasının psixoloji durumu da yüksək səviyyədədir: “Futbolçularımızda “Bakı”ya məğlubiyyətdən sonra ruh düşkünlüyü yaranmışdl. Amma “Sumqayıt”a qalib gəldiyimiz son qarşılaşmada bu vəziyyətdən çıxmağı bacardılar. Oyunun 33-cü dəqiqəsində meydanda azlıqda qalsaq da, futbolçularımız əsl mübarizə apardılar. Düzdü, “Bakı” ilə oyunda vacib üç xal itirdik. Baxmayaraq ki, oyunböyu üstünlük bizim tərəfimizdə idi. “Bakı” üzəridə böyükhesablı qələbə qazanmalı olduğumuz halda məğlub olduq. İndiyənə kimi futbolçularımız bunu özlərinə bağışlaya bilmirlər”.
R.Məmmədoun sözlərinə görə, komandasının birinci hədəfi ilk “altılıq”da yer almaqdır: “Açığı mən turnir cədvəlinə tez-tez nəzər salan deyiləm. Ümumilikdə ikinci turun bitməyinə beş tur qalıb. Mən deyərdim ki, biz sırf nəticə üçün oynayırıq. İstəyimizə nail olsaq, o zaman liderliyə yüksəlmək üçün yarışacağıq”.
R.Məmmədov bildirib ki, “Simurq”la oyuna ancaq qələbə üçün çıxacaqlar: “Bu, kollektivimin yeganə istəyidir. Yalnız hücum futbolu və maksimum nəticəyə oynayacağıq. Heç-heçə bizi qane etməyəcək. Bütün bunlarla bərabər rəqibimizə çox hörmətlə yanaşıram”.
“Qəbələ”nin baş məşqçisi vacib matç öncəsi komandasın problem olmadığını deyib: “Yalnız Aleksandr Çertoqanov cəzalı olduğu üçün bu oyunu buracaxaq. Lakin onun yerini doldura biləcək futbolçularımız var. Çertoqanova gəlincə, onun barəsində lazımi ölçü götürülüb və cərimə tədbiq olunub. Çertoqanov özü də bu hərəkətinə görə çox peşmandır”.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı