“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
“LEGİONER MƏŞQÇİLƏRƏ QALİB GƏLMƏKDƏN ZÖVQ ALIRAM”
- Premyer liqanın 17-ci turunda səfərdə “Xəzər Lənkəran”la qarşılacaqsınız. Oyuna hazırlıqlar necə gedir?
- Bu gündən məşqlərə başlamışıq. “Xəzər Lənkəran” ən çox hörmət etdiyim komandadır. Bu klubun yaşı gənc olsa da, orada çox iş görülüb. Köklü komandadır.
- Futbolçularınızın durumu necədir?
- Zədəlimiz yoxdu. Flavinyo keçən oyunu buraxmışdı. İndi o da komandaya qayıdıb.
- Keçən mövsüm “Xəzər Lənkəran”a 5:0 hesabı ilə qalib gəldiniz. İndi hədəfiniz nədir?
- Hər bir rəqibə hörmətlə yanaşırıq. Amma onu da gizlətmirəm ki, mən legioner məşqçilərə qarşı çox həssasam. Onlara qalib gəlməkdən zövq alıram.
-Yeri gəlmişkən, “Xəzər Lənkəran”ın sabiq baq məşqçisi Mirça Redniklə aranızda söz atışması olurdu. Karles Bakeslə necə bu hal təkrarlana bilər?
- Onu tanımıram. Cavandı. Hörmətim var. Ona uğurlar arzulayıram. O vaxt Rednik özü mənə söz atmışdı ki, “onun komandası ilə nənəm də oynayar”. Mən də cavabında dedim ki, onun nənəsinin qabağına azərbaycanlı babamı çıxararam. Mənim “Xəzər Lənkəran” rəhbərliyinə də böyük hörmətim var. Komandanın təzə baş məşqçisi ilə nə işim ola bilər ki?
“NEFTÇİ”YƏ DÖRD YENİ FUTBOLÇU LAZIMDIR”
- Qış fasiləsində “Neftçi”dən gedəcək futbolçuları müəyyənləşdirmisiniz?
- Bu barədə hələlik açıqlama verilməyəcək.
- Bəs, hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Komandaya ən azı dörd yeni futbolçu lazımdır: qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu.
- İtaliya “İnter”i ilə oyundan sonra bildirmişdiniz ki, Azərbaycanı tərk edəcəksiniz. Hara getmək fikriniz var?
- Getməyinə gedəcəyəm. Ancaq bu barədə açıqlama verməyin vaxtı deyil. Qarşıda çətin oyunlarımız var. Bu oyunlar barədə fikirləşmək lazımdır.
“ƏN GÜCLÜ FUTBOLÇUMUZ RƏŞAD SADIQOVDUR”
- Berti Foqts son açıqlamalarınız barədə danışarkən sizi kloun adlandırıb. Buna münasibətiniz?
- Mən Berti Foqtsa “İnter”lə oyunda bir daha sübut etdim ki, “Neftçi” onun komandası kimi, 30-35 dəqiqə yox, 90 dəqiqə oynayır. Bu, hər şeyi göstərir. Onunla gərək futbol dili danışaq, karnaval dili yox.
- Təcrübəli mütəxəssis kimi Azərbaycanda hansı fubolçunu başa çatmaqla olan ilin ən yaxşısı hesab edirsiniz?
- Mənim Azərbaycanda bəyəndiyim futbolçular çoxdur. Xüsusilə Rəşad Sadıqovun adını çəkərdim. O, çox böyük fərdi keyfiyyətlərə malikdir. Təəssüf ki, o, zədə səbəbindən xeyli vaxt oynamadı. Məncə, ən güclü futbolçumuz Rəşad Sadıqovdur.
- Hələ “Neftçi”də işləməzdən əvvəl sizə “Zəif” ləqəbi vermişdilər. Bu qədər uğurlardan sonra həmin adamlara nə cavab verərdiniz?
- Bu, mənim uşaqlıqdan ləqəbimdir. Mən bununla həmişə fəxr etmişəm. Çünki bu ləqəblə 15 il “Araz”ın kapitanı olmuşam. Hərdən rəhmətlik anam da mənə “Zəif” deyərdi.
Ramiq AĞAMƏMMƏDOV
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı