“Xəzər Lənkəran” klubunun müdafiəçisi Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
- Öncə Premyer Liqanın 16-cı turunda Zaqatalada “Simurq”la qarşılaşdığınız oyunla bağlı fikirlərini öyrənmək istərdim.
- Biz Zaqatalaya qələbə üçün getmişdik. Oyuna piz başlamadıq. Birinci hissə bizim üstünlüyümüzlə keçdi. Lakin əlimizə düşən imkanlardan yararlana bilmədik. Bilirsiniz, digər oyunlarda olduğu kimi, bu görüşdə də bəxtimiz gətirmədi. Bütün matç boyu üstün tərəf biz oluruq, qolu rəqib vurur. İkinci yarıda azlıqda qaldıq. Lakin yenə də məğlub olmadıq. Məncə, belə çətin səfər oyunundan bir xalla qayıtmaq pis deyil.
- Hesabda iki top fərqiylə geri düşsənizdə, matçın son saniyələrində məğlubiyyətdən qaça bildiniz.
- Düzdü, oyunun gedişində məğlub durumda idik. Bəzi epizodlardan maksimum istifadə edə bilmədik. Sadəcə, rəqib komanda əlinə düşən azsaylı fürsəti maksimum dəyərləndirə bildi. Ancaq buna baxmayaraq, heç də sınmadıq. Sona qədər mübarizəni dava etdirdik. Əziyyətimiz hədər getmədi.
- Görüşün 48-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk etdin. Baş hakimin bu qərarıyla razısanmı?
- Əvvəlki oyunlarda bundan da pis epizodlar olmuşdu. Lakin həmin anda sarı vərəqə ilə cəzalandırmışdılar. Mən həmin epizodda rəqib futbolçuya çatırdım. Fikrimcə, baş hakim sarı vərəqə verməklə kifayətlənməliydi. Hakimlərin belə hərəkəti futbolçuya psixoloji təsir göstərir. Dəfələrlə futbolçuların belə epizoda görə sarı vərəqəylə cəzalandırılmasının şahidi olmuşam. Mənə qarşı niyə belə olduğunu anlamadım.
- Demək istəyirsən ki, baş hakimin ədalətsizliyi ilə üzləşmisən?
- Bəli, mənə qarşı haqsızlıq oldu. Bütün oyunlarda hiss olunur ki, “Xəzər Lənkəran”a qarşı qərəz var.
- Növbəti tur sabiq komandan “Neftçi” ilə derbi qarşılaşmanız olacaq. Amma sən cəzalı olduğun üçün bu oyunda iştirak etməyəcəksən.
- Böyük səbirsizliklə bu qarşılaşmanı gözləyirdim. Təəssüf ki, istəyimə çatmadım. Lakin mən oynamasam da, komandamın qalib gələcəyinə inanıram. Bizə bu görüşdə mütləq qələbə lazımdır ki, turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıraq. Qarşıdakı iki turda qələbə qazana bilsək, qış fasiləsinə kimi ilk üçlüyə daxil ola bilərik.
- “Neftçi” beş ildi ki, Lənkərandan qələbəylə qayıda bilmir. Ənənə bu dəfə də davam edəcəkmi?
- Mən “Neftçi”də oynayan zaman da bizim üçün ən çətin oyun Lənkəranda olurdu. Fikrimcə, bu dəfə “Neftçi” istəyinə nail ola bilməyəcək.
- Qış transfer pəncərəsi zamanı “Rubin”ə keçidin məsələsi yenidən qaldırılacaqmı?
- Bu dəqiqə heç bir şey haqda fikirləşmirəm. Yalnız çempionatın qarşıdakı iki oyunu barədə düşünürəm. Bundan sonra nəyin necə olacağını zaman göstərəcək.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı