“Rəvan” klubunun türkiyəli sabiq baş məşqçisi Cavad Gülərin Qol.Az saytına müsahibəsi
- Cavad bəy, hazırda nə işlə məşğulsunuz?
- Hələlik bir yerdə işləmirəm. Ola bilsin ki, yaxın zamanda nəsə olsun.
- “Rəvan”ın hazırkı çıxışı barədə fikirləriniz necədir?
- Hazırda sizin futbol inkişaf mərhələsindədir. Mən çalışdığım “Rəvan” da həmçinin. Onlara daha yüksək yerləri tutmaq üçün zaman lazımdır. Fikrimcə, istəklərinə tez nail olarlar.
- Siz “Rəvan”da işləyəndə komandaya dəvət etdiyiniz futbolçular arasında Amit Quluzadə də vardı. Lakin sizin gedişinizdən bir müddət sonra bu futbolçu “Rəvan”dan ayrıldı.
- Bəli, bu futbolçunu mən “Rəvan”a dəvət etmişdim. Çünki onun oyunu xoşuma gəlirdi. Soyuqqanlı futbolçudur. Onun “Rəvan”ı tərk etməsindən xəbərim var. Amma o, əla potensiala malikdir, istənilən güclü klubda oynaya bilər.
- Azərbaycan klublarından təklif almağınızla bağlı xəbərlər nə dərəcə doğrudur?
- “Rəvan”dan sonra mənə belə bir təklif gəlməyib. Olsaydı, bu haqda sizə birinci olaraq məlumat verərdim.
- Bəs təklif gəlsə, qəbul edəcəksiniz?
- Niyə də olmasın? Dəvət göndərən klubla əvvəlcə şərtləri müzakirə edərəm. Əgər razılığa gələriksə, böyük məmnuniyyətlə ölkənizdə çalışaram. Azərbaycan çox gözəl bir ölkədir. Həmçinin bir-birimizin danışığını çox gözəl anlayırıq.
Çempionatınızda yetərincə güclü və gələcəyi çox parlaq görünən klublar var. Bunların içərisində “Qəbələ”, “Neftçi”, “Qarabağ”, “Bakı”nı xüsusi vurğulayardım. Onların yaxşı bazaları və uşaq məktəbləri var. Eyni zamanda potensialları da imkan verər ki, bu klublarla hansısa bir uğura imza atasan.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı