“Neftçi”nin müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 17-ci turunda səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyunöncəsi komandanızda durum necədir?
- Biz artıq “Rəvan” üzərindəki qələbəni unudub bütün fikrimizi Lənkərandakı qarşılaşmaya yönəltmişik. Çalışırıq ki, bu oyuna maksimum motivasiya olaq. Bilirik ki, səfərdə bizi çox çətin oyun gözləyir. Buna baxmayaraq, Lənkərana qələbə üçün gedəcəyik. Fikrimcə, komandam hər cəhətdən bu oyuna hazır olacaq.
- Keçən mövsüm “Xəzər Lənkəran” üzərində 5:0 hesablı qələbə qazanmışdınız. Böyükhesablı qələbəni bir kənara qoyaq, Lənkəranda üç xal qazanmaq şansınızı necə dəyərləndirirsən?
- Futbolda istənilən nəticəni gözləmək olar. Bizim üçün hazırda ən əsas məqsəd üç xalı qazanmağımızdır. Düşünürəm ki, çox maraqlı bir oyun olacaq.
- Rəqibiniz son vaxtlar yaxşı günlərini yaşamır, “Neftçi” isə uğurlu dönəm keçirir. Bu mənada, komandanızı görüşün favoriti saymaq olarmı?
- Hazırda çempionatımızda bir çox klubun vəziyyəti yaxşı deyil. Bəzi klublar sabit oyun nümayiş etdirmirlər. Lakin “Neftçi” ilə görüşdə hamı yaralı aslana dönür. “Neftçi”nin Avroliqada çıxış etməsinə görə rəqiblərimiz bizə qarşı motivasiyanı daha da gücləndirib. “Neftçi”ni udanda elə bilirlər, çempion olublar. Yəni bütün klublar bizə qarşı maksimum güc sərf edirlər. Bu səbəbdən “Xəzər Lənkəran” da bizə qarşı daha artıq mübarizə aparacaq.
- Sabiq komandan “Qəbələ”dən məhz “Xəzər Lənkəran”a keçmək üçün ayrılmışdın. Lakin son anda səndən imtina etdilər. Buna görə onlara qarşı daha aqressiv və daha istəkli oynayacağını söyləmək olar?
- Mənim üçün heç bir fərqi yoxdur. İstər “Xəzər Lənkəran” olsun, istərsə də “Rəvan”. Heç bir klubla prinsip aparmıram. Sadəcə, meydanda komandam üçün canımı qoyacağam. Mən Lənkərana üç xal arxasınca gedirəm. Prinsip üçün deyil.
- Amma nəzərə alaq ki, “Neftçi” Lənkərandakı oyunlardan üç xalla dönə bilməyib.
- Dəqiq bir proqnoz vermək çətindir. Lakin həmin vaxtlardan fərqli olaraq, hazırda üstünlük bizim tərəfimizdədir. Çünki heyətimizdə yeni səviyyəli legionerlər var, komanda daha da komplektləşib, Avroliqanın qrupunda mübarizə aparıb. Ona görə də özümüzə inam çoxdur.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir