“Rəvan” klubunun baş məşqçisi Kamal Alispahiçin Qol.Az saytına müsahibəsi
- Bu gün Premyer Liqanın 16-cı turunda “Neftçi”lə qarşılaşacaqsınız. Bu oyuna hazırsınız?
- Bu bizim üçün çətin oyunlardan biri olacaq. Əgər İtaliya “İnter”i doğma meydanda “Neftçi”ni məğlub edə bilmirsə, bunu biz necə edə bilərik (gülür)? Səmimi desəm, “Rəvan” son zamanlar çox yaxşı çıxış edir. Demək olar ki, öz oyununu artıq tapıb. Lakin son turlarda hakim ədalətsizliyiylə üzləşdik. Ona görə də vacib xallar əldə edə bilmədik. Ancaq istənilən halda bu gün çox maraqlı və yaxşı bir oyunun şahidi olacağımıza inanıram. “Neftçi” bu görüşün favoriti hesab olunur. Lakin mən nəticə qazanağımıza əminəm. Çünki öz komandama çox inanıram.
- Yəqin həm də rəqibini yaxşı öyrənə bildiyiniz üçün sizdə belə bir inam var?
- Biz ilk əvvəl öz taktiki gedişlərimiz üzərində səylə çalışmışıq. Rəqibə gəldikdə, onların həm çempionatdakı, həm də Avroliqadakı oyunlarını izləmişik. “Neftçi” çox yaxşı tanıyırıq. Bizim üçün bir şey yaxşı olacaq ki, onların əsas fiqurlarından olan Flavinyo komandamıza qarşı oynamayacaq.
- Amma “Neftçi” təkcə Flavinyodan ibarət deyil. Komandanın hücum xəttində Kanales kimi oyunçu var.
- Mənim üçün hücumçumuz Manuel Varea Kanalesdən daha güclüdür. Onun potensialına bələdəm. Varea bir çox güclü komandaya qol vurub. Lakin Kanales daha çox zəif rəqiblərinə qalib gəldiyi oyunlarda 4-5 qola imza atıb.
- Siz “Neftçi”yə qarşı xüsusi taktika hazırlamısınız?
- Əlbəttə, peşəkar kimi bu oyunun mahiyyətini yaxşı anlayıram. Belə oyunlarda rəqibi təəcübləndirmək lazımdır. Rəqib həqiqətən də çox güclüdür. Biz onlardan ehtiyat edirik.
- “Neftçi” ilə açıq və hücum futbolu oynamaqdan çəkinmirsiniz?
- Biz heç bir rəqibimizlə hücum futbolu oynamaqdan çəkinmirik. Niyə çəkinməliyik ki? Sadəcə, bir qədər ağılı və diqqətli olmalıyıq. Biz heç bir komandadan qorxmuruq. Meydana çıxaraq öz futbolumuzu oynayacağıq.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?