AZAL-ın baş məşqçisi Vaqif Sadıqov bu gün “İnter”lə keçirəcəkləri oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Oyuna hazırsınız?
- Futbolçuları bu görüşə yaxşı kökləməyə ehtiyac yoxdur. Çünki hər biri bu qarşılaşmanın mahiyyətini çox yaxşı anlayır. Hər birimiz yalnız qələbə haqda düşünürük. Çünki bu görüşün nəticəsindən çox şey asılı olacaq. Biz hər şeyi dəyişə bilərik.
- Rəqibinizi istədiyiniz kimi öyrənə bilmisinizmi?
- Bəli. Fikrimcə, biz onları, onlar da bizi yaxşı analiz edib.
- “İnter” daha çox müdafiədən oynayan, AZAL isə hücumda oynayan. Rəqibin müdafiəsi sizə üçün çətinlik yaratmayacaq,
- Onsuz da bu gün asan oyun yoxdur. Eyni zamanda “İnter”lə görüş də bizim üçün çətin keçəcək. Çünki oturuşmuş heyətə malikdir. Xeyli vaxtdır ki, eyni məşqçinin rəhbərliyi altında oynayır. Çoxları deyir ki, “İnter” daha çox müdafiəyə üstünlük verir. Lakin mən belə hesab etmirəm. Çünki onlar sırf nəticə uyğun oyun nümayiş etdirirlər. Hər bir futbolçusu üzərinə düşən tapşırığı yerinə yetirir. Hesab edirəm ki, belə bir komandayla oynamaq çox maraqlıdır. Bizə gəldikdə isə məkan və rəqibdən asılı olmayaraq, bayaq qeyd etdiyim kimi, qələbə üçün oynayacağıq. AZAL bəxtini hücumda axtarır.
- Nədənsə son zamanlar komandanızın təcrübəli qapıçısı Cahangir Həsanzadəni əsas heyətdə görə bilmirik. Buna səbəb nədir. O, zədəlidir, yoxsa?
- Mənim hər üç qapıçım sağlamdır. Heç birinin zədəsi yoxdur. Göz dəyməsin (gülür). İstənilən an meydana buraxıla bilər. Yəni bunun üçün onlar hazırdır. Sadəcə, hazırda qapıçılar arasında güclü rəqabət gedir. Kimin meydana çıxmasında son qərarı mən verəcəyəm.
- Bəs, “İnter”lə görüşdən üç xal götürmək şanslarınız nə dərəcədədir?
- Şansımız çoxdur. Çünki qələbəni daha çox istəyirik.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?