U-17 milli komandasının baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Sabiq klubunuz “Neftçi”nin dünən Avroliqada səfərdə “İnter”ə qarşı keçirdiyi oyunda qeydə alınan 2:2 hesablı nəticə haqda fikirləriniz necədir?
- Təkcə “Neftçi” yox, ümumən futbolumuz üçün yaxşı bir nəticə oldu. Fikrimcə, ilk dəfə olmasına rəğmən “Neftçi” bu turnirdə çox yaxşı çıxış etdi.
- Təmsilçimizdən belə bir güclü komandayla səfərdə qollu heç-heçə edəcəklərini gözləyirdinizmi?
- Bilirsiniz, artıq Avropada zəif komanda anlayışı yoxdur. Hər bir klub istənilən nəticə əldə edə bilər. “Neftçi” bu turnirdə göstərdi ki, sabit çıxış etməyi bacarır. Heç bir rəqibindən çəkinməyərək, bütün qarşılaşmalarda inamlı oynayırdı. Dünənki görüşdə də rəqibin nə adından, nə də məkanından çəkindi və öz oyununu ortaya qoymağı bacardı. Düzdü, “İnter”də bu oyuna elə güclü bir motivasiya yox idi. Bunu hər kəs gördü. Lakin “İnter” elə “İnter”dir. Onların əsas və ikinci heyətlərində elə də güclü bir fərq olmadığını düşünürəm. Çünki onların ikinci heyəti da güclü futbolçulardan təşkil olunub. Oyundan öncə deyilə bilərdi ki, çətin bir matç olacaq. Lakin oyun zamanı gördük ki, “Neftçi” çox inamlı təsir bağışlayır.
- Amma razılaşaq ki, belə bir nəticənin qeydə alınmasına “İnter”in ikinci heyətlə oynaması az təsir etmədi.
- Əlbəttə, “İnter” bu oyuna o qədər də ciddi hazırlaşmamışdı. Elə sürət və temp də bu qarşılaşmada çox az idi. Oyun daha çox sakit məcrada gedirdi. Ancaq buna baxmayaraq, həmin oyunda “Neftçi”nin çox istəkli olması nəzərə çarpırdı. Bunun nəticəsində də istədikləri nəticəni əldə edə bildilər.
- İlk yarının 9-cu dəqiqəsində artıq komandamız qapısında qol gördü. Bu qolun vurulmasında müdafiəçilərin kobud səhvi olduğuyla razısınız?
- Mən məsuliyyəti təkcə müdafiəçinin üstünə atmazdım. Qolda ümumən komanda olaraq səhv buraxdıq. Erkən qol buraxsaq da, oyunun gedişatından böyükhesablı məğlubiyyətlə üzləşəcəyimizi gözləmirdim. Çünki oyunda sürət çox deyildi. Həmçinin, qoldan sonra da “Neftçi” rəqibindən çəkinməyərək öz oyununu davam etdirdi. Hətta komandamızın qol vura biləcəyini də hiss etmişdim.
- 52-ci dəqiqədə Rəçad Sadiqovun vurduğu gözəl qoldan heç iki dəqiqə keçməmiş qapımızda ikinci topu gördük. Sizcə, buna səbəb nə oldu?
- Ümumiyyətlə, oyun ərzində ən sürətli an elə bu iki dəqiqə arasında oldu. Məncə, bu anda “İnter”in təcrübəsi öz sözünü dedi. Həm də rəqib iki əsas oyunçusu olan Kassano və Naqamotonu meydan atması da qolda öz rolunu oynadı.
- Bu dəfə də müdafiə və qapıçının kobud səhvlərini vurğulamaq olar?
- Düzdü, Saşa Stamenkoviç bu topu götürə bilərdi. Çünki ötürmə qapıçı meydançasındaydı ki, onu Saşa yumruqlarıyla uzaqlaşdırmalıydı. Yəni rəqib hücumçunu qablamaq üçün imkan vardı. Sadəcə, bir az ləngiməsi qolla nəticələndi. Lakin nəzərə almaq lazımdır ki, səhvsiz futbolçu və oyun olmur.
- Dünənki matçda “Neftçi”nin heyətində xüsusi olaraq oyununu bəyəndiyiniz futbolçu oldu?
- Mən son oyunlarda Tərlan Quliyevin çıxışını bəyənirəm. “İnter”lə görüşdə də çox inamlı təsir bağışladı. Rəqibin adından və futbolçularından heç də çəkinmirdi.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır