Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov bu gün “İnter”lə “Neftçi” arasında keçiriləcək Avropa Liqasının oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Qarşıdakı oyunla bağlı fikirləriniz necədir?
- “Neftçİ” bu turnirin qrupunda ilk dəfə çıxış etdiyinə görə pis təsir bağışlamadı. Komandamızın futbolçularının potensialı imkan verir ki, səfərdə inamlı çıxış etsinlər. Amma unutmayaq ki, “İnter” kimi dünya səviyyəli komandayla xüsusilə İtaliyada oynamaq asan deyil.
- “İnter” növbəti mərhələyə vəsiqəni təmin edib. Rəqibin baş məşqçisi bildirib ki, “Neftçi” ilə görüşə gənc futbolçuları buraxacaq.
- Bu, təbiidir. Çünki “İnter”in dekabrın 9-da İtaliya A seriyasında “Napoli” ilə çətin oyunu var. Məhz bu səbəbdən onlar əsas futbolçularını meydana buraxmayacaqlar. Məncə, bu görüşdə əsas heyətə düşməyən, zədəsini təzə sağaldan, formada olmayan futbolçuların çoxu meydana çıxacaq. Lakin bu o demək deyil ki, rəqib zəif olacaq. Fikrimcə, bu futbolçular daha aqressiv oynayaraq, özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
- Sizcə, “Neftçi” “İnter”ə qarşı müdafiədən oynasa yaxşı olar, yoxsa?
- “Neftçi” müdafiədən oynaya bilmir. Yəni müdafiə komandası deyil. “Neftçi” hücumameyilli komandadır. Amma təmsilçimiz meydana çox hücumçuyla çıxmamalıdır.
- Yəni düşünürsünüz ki, belə bir komandaya qarşı hücum futbolu oynamaq təhlükəlidir?
- “Neftçi” Serbiyada “Partizan”, Rusiyada “Rubin”lə öz oyununu oynadı. Yəni müdafiədə tam olaraq oturmamışdı. “İnter”lə hücum futbolu oynamaq olmaz. Sadəcə, ağıllı oynamaq və bacardıqları qədər az top itkisinə yol verməlidirlər.
- Ümumiyyətlə, “Neftçi”nin şansını necə görürsünüz?
- Qrupun son oyunu olduğundan futbolçularımız başa düşürlər ki, nə bacarırlarsa, ortaya qoymalıdırlar. Bu görüşdə istəkli olsalar, xalla dönə bilərlər. Həmçinin “Neftçi”nin futbolçularına yaxşı şans düşüb ki, digər Avropa klublarının diqqətini cəlb etsinlər. Buna görə də var gücləriylə mübarizə aparacaqlar.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu