“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Bu gün Avropa Liqasında “İnter” komandasının qonağı olacaqsınız. Bu oyun barədə nə söyləyə bilərsən?
- Biz İtaliyaya uduzmağa gəlməmişim. Çalışacağıq ki, əlimizdən gələnin beş qatını meydanda edək. Bu görüşdə qalib gələ bilsək, Azərbaycan futbolu üçün uğur olardı. Onlarla matça çox yüksək səviyyədə hazırlaşmışıq.
- “Neftçi”nin səfərdən xalla dönəcəyinə ümid edənlər az deyil. Bəs sən necə düşünürsən?
- Rəqibimiz dünya futbolunun nəhənglərindən hesab edilir. Lakin futbolda surpriz nəticələr də qeydə alınır. Bizim də məqsədimiz “İnter”ə sürpriz bəxş etməkdir. Mən bunu edəcəyimizə inanıram.
- Klub rəhbərliyi və məşqçilər “İnter”lə oyunda hansısa nəticə qazanmağı qarşınıza məqsəd qoyub?
- Onlarda bilirlər ki, rəqibimiz “İnter”dir. Buna görə bizə meydana çıxıb yalnız öz oyunumuzu oynamağı tapşırıblar. Əgər istədiyimiz oyunu ortaya qoya bilsək, yaxşı nəticəni qazana bilərik.
- Gəl, reallıqla danışaq. Səfərdə böyükhesablı məğlubiyyətlə üzləşə bilmək ehtimalınız da var. Rəqibin yarımmüdafiə və hücum xətlərində dünya ulduzları çıxış edir.
- Əlbəttə biz kimə və hansı futbolçulara qarşı oynayacağımızı yaxşı dərk edirik. Bacardığımız qədər diqqətli oynayacağıq. Lakin qabaqcadan uduzmaq haqda fikirləşsək, meydana çıxmağın mənası olmaz. Biz səfər qarşılaşmalarında həm “Rubin”, həm də “Partizan”a güclü müqavimət göstərməyi bacardıq. “İnter”lə Bakıdakı görüşün ikinci hissəsində onları öz qapısına doğru sıxışdırmağı bacardıq. Xeyli sayda real qol imkanımız oldu. Sadəcə, bəzi epizodlarda bəxtimiz gətirmədi. Ona görə də “İnter”dən çəkinmirik.
- “Neftçi”nin müdafiə futbolu oynamaq ehtimalı varmı?
- “Neftçi” çempionatda və Avroliqada müdafiə futbolu oynamayıb. Məğlub olsaq belə, hücum futboluna üstünlük vermişik.
- “Qarabağ”la çempionat oyununda start heyətində yox idin. Səncə, bugünkü qarşılaşmada ilk onbirlikdə yer alacaqsan?
- Bakıdakı oyunda da mən “İnter”ə qarşı oynamışdım. Artıq rəqibi tanıyıram. Mən bu oyuna özümü tam hazır hesab edirəm. İnanıram ki, baş məşqçi mənə əsas heyətdə şans verəcək.
- Bəs xal qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- “İnter” kağız üzərində favoritdir. Lakin mümkünsüz heç nə yoxdur. Hər şeydən öncə biz özümüzə inanmalıyıq. Bunu bacara bilsək, İtaliyadan xalla dönərik.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu