"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 16-cı turunda “Kəpəz”lə qarşılaşacaqsınız. Bu oyuna hazırlıqlar necə gedir?
- Pis deyil “Neftçi” ilə oyunun ertəsi günü bir məşqimiz oldu. Dünən komandaya istirahət verdim. Bu gün əsas məşqlərə başladıq. Bilirik ki, “Kəpəz”lə oyun çox ağır olacaq. Son turlarda məğlub olublar. Ona görə bu oyunda var güclərin sərf edib qələbə qazanmağa çalışacaqlar. Bu komanda ilə bu mövsüm iki dəfə qarşılaşmışıq. Hər iki oyun çox çətin olub. Bu səbəbdən oyuna çox ciddi hazırlaşırıq.
- Son vaxtlar siz də daxil olmaqla, məşqçilərin çoxusu deyir ki, Premyer Liqada klubların səviyyəsi yaxınlaşıb. Bəs, “Kəpəz” necə?
- Bu çempionat elədir ki, hər bir rəqiblə oyunda xal itirmək ehtimalı var. Hər bir komanda ən azı rəqibə qarşı düzgün taktika seçə bilir. “Kəpəz” elə bir komandadır ki, çox böyük həvəslə oynayır. Hətta məğlub olduqları oyunda da həvəslə mübarizə aparırlar. Mahmud Qurbanov elə bir taktika seçib ki, oyunçular meydanda çox qaçırlar. Buna görə də bizi asan oyun gözləmir.
- “Neftçi” ilə oyunda Rəşad Sadıqov ikinci hissədə meydana çıxdı. Əfran İsmayılovu da son matçlarda ikinci yarıda meydana buraxırsınız. Zədədən sonra onların vəziyyəti necədir?
- Yaxşıdır. Öz formalarını bərpa edirlər. Əlbəttə, tam olaraq bu gün hazır deyillər. Amma məşqdən-məşqə irəliləyiş var.
- Azarkeşlər həmişə sizdən çempionluq gözləyir. “Qarabağ”ın hədəfi nədir: Avroliqaya düşmək, yoxsa çempionluğu qazanmaq?
- Hər bir məşqçi kimi mən də istəyirəm ki, ən yuxarı pilləni tutam. Əlbəttə, çempion bir komanda olur. Bizim də hədəfimiz çempion olmaq, ən azı isə Avroliqaya düşməkdir.
- Siz yenə də o fikrinizin üzərində dayanırsınız ki, ilk “altılıq” tam olaraq son turda müəyyənləşəcək?
- Bəli. Çünki turnir cədvəlinə baxanda da görürük ki, komandaların çox az xal fərqi var. Buna görə də indidən demək olmaz ki, hansı komandanın şansı çoxdur.
- “Qarabağ”ın bugünkü oyunu sizi qane edir? Komandanız sizin görmək istədiyiniz oyunun neçə faizini nümayiş etdirir?
- Komandamdan böyük mənada razıyam. Heç bir baş məşqçi komandasından tam razı olmur. Təbii ki, bu belə də olmalıdır. Daim oyunçudan daha yaxşı oyun tələb etməlisən. Demək olar ki, futbolçular istədiyimin 60 faizini mənə verirlər.
- Qış fasiləsində hansı dəyişikliklər gözlənilir ?
- Hazırda bütün fikrimizi qarşıdakı oyunlara yönəltmişik. Üç çətin oyunumuz qalıb. Əlbəttə, “Qarabağ”a yeni oyunçular gətirəcəyik. Nəzərdə tutduğumuz oyunçuların klubları ilə danışığımız baş tutsa, onları heyətimizə cəlb edəcəyik.
- Mətbuatda belə bir xəbər yayılıb ki, AZAL-ın hücumçusu Junior Nildonu transfer etmək istəyirsiniz.
- Yox, bu haqda söhbət olmayıb.
- “Neftçi” - “Qarabağ” oyundan sonra Böyükağa Hacıyev belə bir fikir səsləndirib ki, Azərbaycanda “Neftçi” yə rəqib yoxdur. Bu fikrə münasibətiniz necədir?
- Hər bir baş məçqçinin fikirinə hörmətlə yanaşıram. Amma mənə elə gəlir ki, “Qarabağ” “Neftçi”yə layiqli rəqibdir. Həmin oyunda “Neftçi” çox gözəl təsir bağışladı. Bizdə pis oynamadıq və layiqli qələbə qazandıq.
- Yeri gəlmişkən, bu qarşılaşma haqda millimizin baş məşqçisi Berti Foqts deyib ki, “Neftçi” və “Qarabağ” Azərbaycanda ən güclü komandalar olsalar da, cəmi 30-35 dəqiqə yaxşıp oyun göstərdilər.
- Mən bir neçə dəfə demişəm, indi bir daha təkrar edirəm, Foqtsun fikirlərinə önəm vermirəm. Hər iki komanda yaxşı oynadı. “Neftçi” qol vurub vurub hesabı bərabərləşdirmək, biz isə müdafiə olunub qələbə qazanmaq istəyirdik. Bunu da bacardıq.
- Bəs, Böyükağa Hacıyevin Foqtsa cavab olaraq “Neftçi” ilə “Qarabağ” heç olmasa 30-35 dəqiqə oynayır, onun komandası heç 10 dəqiqə də oynamır” fikrini necə qarşıladınız?
- Böyükağa müəllim yaxşı deyib. Təkrar edirəm, Foqtsun sözlərinə fikir vermirəm. Elə oyunlar var ki, hücum futbolu oynamalısan, elə oyun da var ki, müdafiə olunmalısan. “Neftçi” ilə oyunda da biz axıra qədər oynadıq. Təbii ki, bütün 90 dəqiqə hücum etmək olmur. Son zamanlar klublarımızın səviyyəsi artıb. Hər bir komanda yaxşı oyun göstərir və meydanda axıra qədər mübarizə aparır.
Ramiq AĞAMƏMMƏDOV
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu