AZAL klubunun qapıçısı Amil Ağacanov Premyer Liqanın 15-ci turunda səfərdə “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Oyun barədə fikirlərin necədir?
- Çox ağır matç oldu. Sirr deyil ki, Lənkəran təmsilçisi öz meydanında güclü azarkeş dəstəyi altında inamlı təsir bağışlayır. Bu oyunda üç xal qazanmağımız vacib idi ki, buna da nail olduq.
- Birinci hissənin 11-ci dəqiqəsində erkən qol vursanız da, 10 dəqiqə sonra topu öz qapınızdan çıxartmalı oldunuz.
- Deməzdim ki, həmin oyunda “Xəzər Lənkəran” bizdən üstün futbol oynayırdı. Qoldan sonra hardasa boşluqlara yol verdik. Bunu konkret hansısa mövqenin ayağına yazmaq istəməzdim. Sadəcə, bütün komanda bir az diqqətsizlik etdiyi üçün qapımızda top gördük. Çalışmalıyıq ki, belə səhvlərə çox az yol verək. Çünki qarşıda daha çətin oyunlarımız olacaq.
- İkinci hissədə hakim güclü dumana görə oyunu dayandırdı. Həmin anı təsvir edə bilərsən?
- Şəxsən mən meydanda 10 metrdən artıq məsafəni görə bilmirdim. Rəqib futbolçuların meydanı necə keçdiyini, hücumun hansı səmtdən qurulduğunu görmək mümkün deyildi. Top cərimə meydançasına girən zaman onu görmək olurdu. Baş hakim Rəhim Həsənov da baxdı ki, yan xətt hakimi meydanda baş verənləri görmür, top hara gedir, kim hara qaçır bilinmir, oyunu dayandırdı.
- Ertəsi günü yerdə qalan 36 dəqiqə oynananda bir qol vurub qalib gəldiniz. Bu cür hal sənin karyeranda yəqin ilk dəfə baş verirdi.
- Doğrudur. Çox həyacan keçirdim. Lənkəran stadionunda həmin an Çempionlar Liqasında “Yuventus”un güclü duman səbəbindən təxirə düşmüş oyunu yadıma düşdü. Onlar da bu hadisənin ertəsi günü təkrar qarşılaşmaya çıxmışdılar. Maraqlısı o idi ki, Çempionlar Liqasının oyunu ilk dəfə olaraq günorta saat dörd radələrində baş tutdu. İstənilən halda sonda qalib tərəf biz olduq. İnamımız vardı ki, biz Lənkərandan əliboş dönməyəcəyik.
- Hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmısınız. Ən yaxın izləyiciləriniz olan “Turan” və “Xəzər Lənkəran” sizdən cəmi bir xal geri qalır. Necə düşünürsən, fasiləyə qədər ən azı bu pillənizi qoruyub saxlaya biləcəksiniz?
- Niyə də yox? Bu gün AZAL ən azı “Neftçi” və “Qarabağ” kimi hücum futbolu oynamağı bacarır. Hər zaman deyirdilər ki, AZAL daha çox müdafiə futbolu oynayır. Lakin bu mövsüm tam əksinədir. Bütün oyunlarda qol imkanlarımız çox olur. Komanda daha çox hücuma üstünlük verir. Mən fasiləyə kimi ən azı mövqeyimizi qoruyacağımıza inanıram.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək