“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 15-ci turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldiniz. Erkən qol vurmaq baş məşqçinin tapşırığı idi?
- Biz əvvəldən bilirdik ki, çox çətin oyun olacaq. “Neftçi”nin heyəti və Avroliqadakı çıxışları göstərdi ki, Azərbaycanda ən güclü komandalardan biridir. Açığı, biz erkən qol vuracağımızı gözləmirdik. Oyunun öz axarıyla gedəcəyini düşünürdük. Məqsədimiz daha çox əks-hücumlardan yararlanmaq idi. Şükürlər olsun ki, bu da erkən qolla nəticələndi. Yəni baş məşqçimiz erkən qol vurmaq tapşırığı verməmişdi.
- Erkən qol vurmasaydınız nə baş verərdi?
- Hər halda daha gərgin oyun olacaqdı. Bilirsiniz, birdə ki, erkən qol vurmağımız o demək deyil ki, rəqib komanda “sındı”. Futbolda erkən qol da vurursan, qol da buraxırsan. Lakin biz qol vurduqdan sonra “Neftçi” təyziqi daha da artırdı. Hücumlarınının sayı və kəsəri çoxaldı. Böyük oyunlarda belə gərginliklər normaldır.
- Son oyunlarda əsas heyətdə yer alırsan. Artıq Qurban Qurbanovun etimadını doğrultduğunu söyləmək olar?
- Son beş turdu ki, baş məşqçimiz əsas heyətdə mənə şans verir. Çox sevinirəm ki, öz çıxışımla komandama xeyir verə bilirəm. Həm məşqlərdə, həm də oyunlarda özümü meydanda maksimum sərf etməyə çalışıram. Mən heç oynamayanda da ruhdan düşməmişəm. Öz üzərimdə daha da çox çalışacağam ki, Qurban müəllim növbəti oyunlarda da mənə etimad göstərsin.
- Dünənki qarşılaşmanı milli komandanın baş məşqçisi Berti Foqts da izləyirdi. Səncə, öz inamlı çıxışınla onun rəğbətini qazan bilmisən?
- Son oyunlarda pis təsir bağışlamamışam. Dünənki görüşdə də qapımı toxunulmaz saxladım. İnanıram ki, bütün bunları nəzərə alaraq Berti Foqts mənə yenidən dəvət göndərəcək. Artıq öz çıxışımla göstərirəm ki, mən milldə oynamağa layiqəm.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev dünənki oyundan sonra bildirib ki, Azərbaycanda onlara rəqib yoxdur. Bu fikrə münasibətin necədir?
- Çempionatımızdakı oyunlar get-gedə çətinləşir. Ümumiyyətlə, asan oyun anlamı yoxdur. Düzdü, “Neftçi”də öz oyunuyla çempionluğa layiq komanda olduğunu göstərir. Lakin indidən kimin çempion olacağını söyləmək olmaz. Çünki çempionluğa iddialı və güclü klublarımız çoxdur. Ola bilər dünəki qarşılaşmada oyun baxımından rəqib bizdən üstün oldu. Lakin bu o demək deyil ki, “Neftçi”yə rəqib yoxdur.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı