Milli komandamızın oyununu izləmək üçün Portuqaliyaya gələnlər arasında veteran futbolçumuz İsgəndər Cavadov da var. Qol.Az saytının Portuqaliyaya ezam olunmuş xüsusi müxbiri İsgəndər Cavadovla görüşərək ondan müsahibə götürüb.
- Komandamız Porto şəhərində məskunlaşıb. Bu şəhər sizə necə təsir bağışlayır?
- Çox gözəldir. Memarlığı, təmizliyi adamı heyran edir.
- Bir sözlə, yaşamalı şəhərdir?
- Gözəllik o qədər çoxdur ki, bilmirsən, nəyə baxasan. Adam sevinir ki, dünyada belə şəhərlər var. Bizim də şəhərimiz, ölkəmiz gündən-günə gözəlləşir.
- Üç gündür Portoda milli komandamızla bir yerdəsiniz. Yığmada durum necədir?
- Əhval-ruhiyyə yaxşıdır. Amma oyun hələ ki, istədiyimiz səviyyədə deyil. Problemlər çoxdur. Millinin yaxşı çıxışı birinci növbədə ölkə çempionatının və futbolçuların səviyyəsindən asılıdır.
- Qardaşınız oğlu Vaqif Cavadov uzun fasilədən sonra millidə oyuna çıxdı. Necə qiymət verirsiniz onun oyununa?
- Normal çıxış etdi. Amma əvvəlki formasından hələ də uzaqdır. Klubsuz qalıb, millidə oynamayıb. Bunlar təsir göstərib.
- Vaqif nə etməlidir ki, əvvəlki kimi oynasın? Ona məsləhətinizi vermisiniz?
- Söhbət təkcə Vaqifdən getmir, axı. Millinin başqa futbolçuları da var. Onlar yaxşı oynamalıdırlar ki, Vaqif də uğurlu çıxış etsin.
- Siz çox vaxt millini tənqid edirsiniz. Bu gün yığma komandayla bir düşərgədəsiniz. Öz fikirlərinizi Berti Foqtsa çatdırmısınız? Söhbətiniz olubmu?
- Neçə ildi milliylə gedib-gəlirəm, amma hələ də söhbət eləməmişik. Onun tərəfindən də gərək bir istilik olsun. Gəlib, salamlaşır. Bilmirəm axı, Foqts mənimlə danışmaq istəyir, ya yox. Mən alman dilini bilmirəm deyə çətinlik çəkirəm. Foqts yaxşı futbolçu olub, yaxşı məşqçidir. Amma hər şey ondan asılı deyil. Bizdə futbolçu qıtlığı var. Foqtsun seçim imkanı azdır. Mən də istəyirəm ki, qabağa gedək. Hərçənd çətindir. Düzdür, biz inkişaf edirik. Amma o biri ölkələr də irəli gedir, yerində dayanmır.
- Sabah Portuqaliya ilə oyunda komandamızdan nə gozləyirsiniz?
- Açığı, qələbə qazanacağımıza ümidim yoxdur. Baş məşqçi də deyir ki, bura qələbə dalınca gəlməyiblər. O, hər şeyi məndən yaxşı bilir. Amma futboldur. Əgər rəqib hörmətsizlik etsə, biz xal ala bilərik.
- Sizcə, Foqts Portuqaliya ilə oyunda hansı taktikaya üstünlük verəcək?
- Məncə, müdafiə futbolu oynayıb əkc hücuma üstünlük verəcəklər.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya