"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Şəfa" ilə heç-heçə etdikləri yoxlama oyunu (1:1) barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bəzi futbolçuların Premyer Liqa səviyyəsinə hazır olmadıqlarını deyib:
"Komandaya yeni futbolçular cəlb olunub və onların adaptasiyası üçün bir qədər vaxt lazımdır. Yeni transferlərimizdən Meşak ilk oyununa çıxdı. Düşünürəm ki, onun potensialı böyükdür. Keyfiyyətli futbolçudur və inanıram ki, bizə çox köməyi dəyəcək. Hazırda komandanı yaratmaq mərhələsindəyik. Bəzi yeni oyunçuların yolunu gözləyirik. Ən vacibi odur ki, hamı səylə çalışır. Məqsədimiz transferləri tez bitirib komandanı formalaşdırmaqdır. Yeni gələnlər oyun üslubumuza öyrəşməlidirlər.
İkinci hissədə 9 nəfəri əvəzlədik. Gənclərə özlərini göstərmək imkanı yaratdıq. Bəziləri özlərini yaxşı tərəfdən göstərdilər, bəziləri isə təəssüf ki, hələ Premyer Liqa səviyyəsinə hazır deyillər. Amma işləyirlər və məşqlərə ciddi yanaşırlar".
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri