“Neftçi” klubunun məşqçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi.
- Artıq “Neftçi”nin Avropa Liqasındakı rəqibləri məlum oldu. Fikirlərinizi bilmək maraqlı olardı.
- Yaxşı bilirsiniz ki, bizə düşən rəqiblər Avropada ad–san qazanmış komandalardı və səviyyə baxımından da çox üstündülər. Lakin onların hər birinə qarşı oynamaq olar. Bu gün sübut olunur ki, zəif rəqib yoxdur, zəif hazırlıq var. APOEL-in Bakıdakı oyundan öncə bizə 3-4 top vuracağını söyləyənlər var idi. Lakin deyilənlər əksinə oldu. Bu uğur təkcə “Neftçi”nin yox, bütün Azərbaycan xalqınındır.
- Rəqiblərinizin içərisində “Neftçi” üçün daha münasib hansını görürsünüz?
- Hazırda hansısa komandanı fərqləndirmək çox çətindir. Bu komandaların heyətlərinə baxandan və yaxşı analiz etdikdən sonra nə isə söyləmək olar. Mən “Zestafoni”lə oyundan sonra demişdim ki, irəlidə daha yaxşı “Neftçi” komandasını görəcəksiniz. Yavaş-yavaş dediklərim həqiqətə çevrildi. Hazırda son illərin ən yaxşı “Neftçi”sini görürsünüz. Güclü bir rəqibin meydançasında üç top vuraraq qazanılan qələbə təsadüfü deyil. Məncə, “Neftçi” bu gün qrupdakı hər bir rəqibinə qarşı layiqli müabrizə aparacaq gücdədir.
- Komandanın heyətini gücləndirməyin vacibliyini söyləmək olarmı?
- Fikrimcə, bu heyət bizə hələ ki, yetərlidir. Çünki komanda artıq öz oyununu tapıb. Xətlərarası əlaqə yüksək səviyyədədir. Heyətə yeni futbolçu qataraq, balansı pozmaq da düzgün olmaz. Hələ ki, qışa qədər komandaya futbolçu almağa ehtiyac yoxdur.
- Necə düşünürsünüz, həm çempionat həm də, Avropa Liqasında mübarizə aparmağa gücünüz yetəcək?
- Çempionat oyununun nəticəsi bizim üçün çox vacibdir. Əgər biz gələn mövsüm vrokuboklarda iştirak edə bilməsək, komanda üçün ağır nəticə olacaq. Hər halda, çempionat oyunlarıyla bərabər Avropa Liqasında yarışımızı davam etdirəcəyik. Bu oyun praktikası Avropa Liqası üçün çox vacibdir.
- Yəqin ki, çempionat oyunlarınızı 1-2 gün irəli geri çəkməyə ehtiyacınız olacaq...
- Əgər hər hansı bir sıxlıq olarsa, 1-2 gün irəli-geri çəkə bilərik.
- Elvin Yuniszadənin Nikosiyada qırmızı vərəqə alaraq, növbəti iki oyunda iştirak etməməsi, komandanın oyununa necə təsir göstərəcək?
- Düşünürəm ki, Elvini əvəz edəcək yetərincə futbolçumuz var. Buna misal olaraq Tərlan Quliyevin adını çəkə bilərəm. Düşünürəm ki, Tərlan Elvinin yerində oynamağa layiq bir futbolçudur.
Əli HƏYATİ
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video