Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə düşməsi ilə bağlı Qol.Az saytına müsahibə verib
- “Neftçi”nin tarixi qələbəsi ilə bağlı təəssüratlarınız necədir?
- “Apoe”llə hələ ilk görüşdə “Neftçi” qalib gəlməliydi. Çünki Bakıdakı qarşılaşmada təmsilçimizin hərtərəfli güclü olduğu göründü. Səfər oyununu görməsək də, nəticədən xəbərdar olduq. Mən dünən İngiltərə Premyer Liqasının oyununu izləyirdim. Həmin oyunda Kiprdəki görüş barədə məlumat verilirdi. Həqiqətən komandamız qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdı. Bu münasibətlə “Neftçi”nin rəhbərliyini, məşqçilər heyətini, futbolçuları təbrik edirəm.
- Oyunun canlı yayımlanmaması sizə necə təsir etdi?
- Futbolumuz inkişaf etməsində telekanalların və jurnalistlərin üzərinə böyük yük düşür. Belə vacib tarixi oyunu yayımlamamaq mənə çox pis təsir etdi. İstənilən komanda bilir ki, onların çıxışını öz ölkəsində canlı izləyəcəklər, onda futbolçular ikiqat motivatsiyayla meydana çıxır. Mən hər zaman demişəm ki, biz azarkeş və xalq üçün oynayırıq. Onlara hörmətlə yanaşmalıyıq. Mən belə bir tarixi oyunu televiziya vasitəsiylə izləyə bilmədiyim üçün məyus oldum. Axı belə olmaz. Əgər biz belə bir oyunu televiziyada izləyə bilmiriksə, onda futboldan da danışmaq lazım deyil. Mətbuatdan oxudum ki, “Neftçi”nin Kiprdəki qarşılaşmasını yayaımlamaq üçün 30 min avro istəyiblər. Axı, bu pul sayılıb-seçilən telekanal üçün nədir ki? Həmin gün ölkəmizin futbol taleyi həll olunurdu. Axı biz Avropaya bu qələbəylə səs saldıq. Çox istərdim ki, gələn oyunlarda belə hallarla üzləşməyək.
- “Neftçi” ilk iki qolu birinci hissədə vurdu. Sizcə, bu amil rəqibin oyununa nə dərəcədə mənfi təsir etdi?
- Bu görüşü canlı izləyə bilmədiyimizə görə, mülahizə yürütmək bir az çətindir. Lakin ilk yarıda vurduğumuz iki qola əsasən, təmsilçimizin epizodlardan maksimum yararlandığını söyləmək olar. Fikrimcə, Bakıdakı qarşılaşmadan sonra məşqçilər heyəti və komanda rəqiblərini çox əla analiz etməyi bacarıblar. Belə düşünürəm ki, baş məşqçi və məşqçilər heyəti “Apoel”in bütün zəif cəhətlərindən xəbərdar idilər. Qələbədə əsas pay kollektivdəki böyük ruh yüksəkliyi və inam idi.
- “Neftçi” hər iki qolu rəqibin sağ cinahından keçid zamanı vurdu. Yeri gəlmişkən, üç qoldan iksinə legionerlər imza atdı.
- “Neftçi”nin legionerləri öz səviyyələrini göstərməyi bacardılar. Bir qolu isə yerli futbolçumuz Rəşad Sadiqov vurub. Onun qol vurmasına ikiqat sevinirəm. Çünki çoxları deyirdi ki, o hələ “Neftçi”də özünü tapa bilmir. Lakin artıq Rəşadın komandanın əsas oyunçularından olduğunu söyləmək olar. Komandamızın sağ cinahla uğurlu reydləri, vurduğu qollar bir daha sübut edir ki, rəqib məşqçilərimiz tərəfindən əla analiz edilib. Mən öz yerli məşqçilərimizin uğurunu xüsusi vurğulamaq istəyirəm. “Neftçi”nin yerli baş məşqçisi Böyükağa Hacıyevin uğuru bir daha sübut etdi ki, klub rəhbərlərimiz öz mütəxəssislərimizə inanmalıdırlar. Bu uğuru Azərbaycana gətrilən heç bir bahalı məşqçi bizim klubla qazanmayıb.
- Siz “Neftçi”nin bu hesabla qalib gələrək, qrup mərhələsinə düşəcəyinə inanırdınızmı?
- Düzü, mən heç-heçə gözləyirdim. Əgər Bakıda qalib gələ bilsəydik, ola bilsin səfərdəki qarşılaşmada daha böyük hesab qeydə alınardı. Hər şeyə rəğmən bunu bacardılar. Onlardan növbəti uğurlar gözləməliyik. Lakin yenə də, fikrimdə qalıram ki, “Neftçi”yə mütləq yeni futbolçular lazımdır. Çünki çempionumuz iki cəbhədə mübarizə aparmalı olacaq. Həm Avropa, həm də ölkə çempionatında. Buna görə də futbolçuların sayını artırmaq lazımdır.
Əli HƏYATİ
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video