Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Avropa Liqasının pley-of mərhələsi çərçivəsində Neftçi” bu gün səfərdə APOEL-lə təkrar qarşılaşmaya çıxacaq. Bu görüş barədə nə deyə bilərsiniz?
- İlk matçda “Neftçi” yaxşı oynasa da, nəticə qanedici olmadı. Çünki Avropa oyunlarında səfərdə qollu heç-heçə qonaq komandaya böyük şans verir. Məhz buna görə yenə öz fikrimdə qalaraq, şansları 60-40-a APOEL-in xeyrinə dəyərləndirirəm. Bir sözlə, çox çətin bir oyun olacaq.
- Sizcə, səfərdəki qarşılaşmada “Neftçi” uğur qazanmaq üçün hansı taktiki gedişdən istifadə edərək uğur qazana bilər? Hücum, yoxsa müdafiədən qurulan oyun?
- Bu görüşdə vurulan bir top mərhələnin taleyini həll edə bilər. “Neftçi”nin öz məşqçilər korpusu var və onlar futbolçularının potensiallarına yaxşı bələddilər. Fikrimcə, “Neftçi” tərəfindən ediləcək taktiki gediş gözlənilməz olmalıdır. Məncə, təmsilçimiz daha diqqəli olaraq, oyunu müdafiədən qurmalı, qol vurmaq üçün öz şansını gözləməlidir.
- Bir mütəxəssis kimi necə düşünürsünüz, “Neftçi”nin heyətində çıxış edən hansı futbolçu və hansı mövqenin daha yaxşı çıxış etməsindən çox şey aslı olacaq?
- Təmsilçimizin orta xətti çox yaxşı səviyyədədir. Orta xətt yaxşı çıxış edərsə, komanda nəyəsə nail ola bilər. Mən Rəşad Sadiqov, Flavinyo və Cavid İmamverdiyevi nəzərdə tuturam. Həmçinin Julius Vobayı da unutmaq olmaz. Ümumilikdə, bu dörd futbolçu hazırda çox yaxşı formadadır. Bu futbolçular istənilən anda nəticəni dəyişə bilmək iqtidarındadır.
- Lakin etiraf etmək lazımdır ki, APOEL ötənilki kimi əzəmətli deyil...
- Mən belə deməzdim. Çünki Kipr təmsilçisi təcrübəli bir komandadır və harda necə çıxış etdiyini yaxşı bilir.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyunöncəsi mətbuat konfransında bildirmişdi ki, «Biz 20 min APOEL azarkeşini «Neftçi»nin azarkeşinə çevirəcəyik». Sizcə, bu mümkündür?
- Yaxşı bilirəm ki, Avropada bunu etmək qeyri-mümkündür. Avropa klublarının azarkeşləri komandası hətta bir neçə top fərqiylə məğlub olsa belə, sona qədər dəstəkləyirlər. Bizdə isə komanda bir qol buraxana qədər azarkeşlik yüksək səviyyədə olur. Bir qol buraxdıqdan sonra hər şey dəyişə bilir. Allah eləsin ki, “Neftçi” 5:0 hesabıyla qalib gəlsin. Lakin bu hesab qeydə alınsa belə, APOEL azarkeşləri sona qədər öz komandalarını dəstəkləyəcəklər.
- Bəs təmsilçimizin mərhələni keçmək şanslarını necə görürsünüz?
- Hazırkı vəziyyətədə qələbədən danışmaq çox çətindir. Mütəxəssis hər hansı bir proqnoz verərkən, onun sabahını fikirləşməlidir. Bu gün “Neftçi” mərhələni adlamaq üçün öz oyunundan ikibaş üstün çıxış etməlidir.
Əli HƏYATİ
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb