Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin müdafiəçisi Rail Məlikov Türkiyənin birinci dəstəsindən yarışan “Dənizlispor” klubuyla müqavilə imzalayıb. Bununla əlaqədar futbolçu Qol.az saytının suallarını cavablandırıb
- Niyə məhz “Dənizlispor”u seçdin?
- Bu kluba keçməyimdə komandanın öz ölkəsində tanınmış klub olmasıdır. Vaxti ilə Türkiyə Superliqasında öncül komandalardan sayılıb. Həmçinin, onların mənə etdiyi təkliflət çox sərfəli idi.
- “Dənizlispor”un bu mövsüm hədəfi nədir?
- Məqsədimiz yenidən superliqada oynamaqdır.
- Dəvət “Dənizlispor”un özündən gəldi, yoxsa menecerlər səni bu kluba təklif etdi?
- Türk klubunun “Neftçi”ni məni transferə çıxarmasından xəbərdar idi. Onlar özləri məni “Dənizlispora” dəvət etdilər. Onsuz da “Neftçi”dən ayrılan kimi hardasa, 4-5 klub mənimlə əlaqə yaradaraq, komandasında görmək istəmişdi.
- Hazırkı komandanln məşqçiləri yəqin ki, sənin oyununa bələd olub.
- Bəli, onlar mənim həm “Neftçi”, həm də millidəki çıxışlarımı izləmişdilər. Sonra Türkiyədəki təlim-məşq toplantısında keçirdiyimiz bəzi yoldaşlıq oyunlarına da baxmışdılar. Çox güman ki, bütün bunlardan sonra baş məşqçi və rəhbərlik məni nəzarlərində saxlamışdı.
- Bizim bir çox futbolçuların Türkiyə karyerası uğursuz olub. Necə düşünürsən, Türkiyə çempionatında tab gətirib sona qədər mübarizə apara biləcəksən?
- Bunu bacaracağam. Məni tanıyanlar xarakterimə və mübarizliyimə yaxşı bələddilər. Məqsədimiz bir az da irəli gedib Superliqa klublarından birində oynamaqdır. Mən Türkiyəyə yeyib-yatmağa getmirəm.
- “Konyaspor”a keçidində sənə ölkəmizdən maneələr olduğunu bildirmişdin. Bəs bu dəfə eni problemlə rastlaşdın?
- Yox. İşlərim yağ kimi getdi.
- “Dənizlispor”la müqavilə bağladıqdan sonra keçmiş komandandan səni təbrik edən oldu?
- Bəli. Amma onu da deyim ki, yeni kluba keçməyimə sevinənlər də oldu, sevinməyənlər də.
- Millinin baş məşqçisi Berti Foqts klubsuz olduğun üçün axırıncı toplanışa səni çağırmayıb.
- Berti Foqts hər zaman bildirib ki, klubsuz futbolçunu milliyə çağırmayacaq. O, siyahını açıqlayan vaxt klubsuz idim. Lakin indi vəziyyət tamam dəyişib. İnanıram ki, millinin heyətində yenidən yer alacağam. Berti Foqts hər şeyə düzgün qiymət verən mütəxəssisdir.
Əli HƏYATİ
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir