Avropa Liqasının pley-off mərhələsinin cavab matçında sabaş «Apoel»lə qarşılaşacaq «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın Kiprə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Hacıyev qeyd edib ki, hələ Bakıda 1:1 hesabıyla yekunlaşan ilk qarşılaşmada onların
3-4 real qol imkanı olub.
- Hesabda da irəli çıxdıq. Amma kubod səhvlərə görə top buraxdıq. «Apoel» güclü rəqibdir, yaxşı komandadır, özünəməxsus oyun dəsti-xətti var. Amma onlar unatmamalırlar ki, «Neftçi»yə qarşı oynayacaqlar. Biz çox istəyir ki, tarix yazaraq Avroliqanın qrupuna düşək.
- Rəqibin baş məşqçisi «Neftçi»dən sürpriz gözləmədiyini bildirib.
- Bizdə, Azərbaycanda yaxşı bir atalar sözü var: «Arxı tullanmamış, hop deməzlər». Mən Bakıda olanda onun səsini eşitmədim. Əgər o avropasayağı mütəxəssisdirsə, rəqib məşqçiyə hörmət etməlidir.
- «Neftçi» sabah hansı oyuna üstünlük verəcək?
- Müdafiədə oturmayacağıq. Qapımızı toxunulmaz saxlamaqla hücum edəcəyik.
- Çox vaxt belə matçların taleyini böyük oyunçular həll edir. Sizdə bu cür futbolçu varmı?
- Bizdə Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Cavid İmamverdiyev kimi oyunçular çıxış edir. Onlar komandalarını arxalarınca aparmağa hacırdırlar.
- «Neftçi»də bu gün üçü hansısa problem varmı?
- Yoxdur.
- Sabah komandanız 20 min azarkeş önündə oynayacaq. Bu, sizi narahat etmir?
- Mən özüm 15 il futbol oynamışam. Ona deyə bilərəm ki, hakimin start fitindən sonra futbolçunun fikri ancaq meydanda olur, başqa yerdə yox.
- «Apoel»lə «Neftçi»nin 17 il əvvəlki matçında Türkiyənin bayrağı yandırılmışdı.
- Biz siyasi söhbətlərlə qarışmırıq. Çıxıb futbolumuzu oynayacağıq. «Neftçi» öz oyunu ilə 20 min «Apoel»li azarkeşi «Neftçi»nin azarkeşinə çevirəcək.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir