“Neftçi” klubunun yarımmüdafiəçisi Julius Vobayın Qol.Az-ın Cənubi Kiprə ezam olunmuş müxbirinə müsahibəsi
- Sabah Avroliqanın “pley-off” mərhələsi çərçivəsinin Cənubi Kiprin APOEL klubu ilə üz-üzə gələcəksiniz. Oyundan nə gözləyirsən?
- Fikrimcə, sabah çox çətin oyun keçəcək. Biz isə bura ona görə gəlmişik ki, əlimizdən gələn hər şeyin ən yaxşısını edək. Çıxıb sonadək mübarizə aparacağıq. Başqa yolumuz yoxdur.
- Güclü azarkeş təzyiqi altında oynayacaqsınız. Ən azı 20 minə yaxın çılğın azarkeş ordusu yerli komandanı dəstəkləyəcək. Bundan çəkinmirsən ki?
- İlk dəfə deyil ki, bu qədər azarkeş önündə oynayacağıq. Məncə, bu, bizə problem yaratmayacaq. Oyuna başlayan kimi rəqibə təzyiq etmək lazımdır. Əgər ilk dəqiqələrdə ehtiyatlı oynasaq, hər şey bizim üçün yaxşı olacaq.
- Səncə, Bakıdakı oyunda komandanın öz qapısından qol buraxmasına səbəb nə oldu? Axı, hər şey yaxşı gedirdi. Oyunu qalib kimi bitirmək üçün gözəl fürsət var idi.
- Problem onda oldu ki, biz ilk qolu vurduqdan sonra oyuna nəzərəti itirdik. Mən bunun səbəbini belə izah edərdim.
- Razısan ki, “Neftçi”nin müdafiə xəttində problemlər var?
- Bütün günahı müdafiə xəttinin üzərinə atmaq doğru olmazdı. Əgər problem varsa, deməli, bunun günahı hər birimizdədir. Futbol komanda oyunudur. Bunu fərdlərə bölmək düzgün deyil.
- Necə fikirləşirsən, APOEL-ə qarşı “Neftçi” nə cür futbol nümayiş etdirməlidir?
- Biz öz futbolumuzu oynayacağıq. Bura müdafiədə oturmaq üçün gəlməmişik. Hücumda oynamaq və qol vurmaq lazımdır.
- AOEL-in keçən illə müqayisədə bir qədər zəiflədiyi haqda fikirlər dolaşır. Bu barədə nə demək istəyirsən?
- Məncə, bir oyuna görə komandanın hansı səviyyədə olması haqda fikir yürütmək doğru deyil. Mən deyə bilmərəm ki, onlar keçən illə müqayidəsə zəifdirlər ya yox. Hər halda növbəti oyunlarda bu bəlli olacaq.
- “Neftçi” azarkeşlərinə nə sözün var?
- Bizi sonadək dəstəkləsinlər və uğurlu nəticə gözləsinlər. İnanıram ki, biz buna nail ola biləcəyik. Söz verirəm ki, APOEL-ə qol vuracağam. Sabah məndən qol gözləyin (gülür)
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video