“Qarabağ”ın bosniya əsilli sabiq türk futbolçusu Sedat Sahini Qol.Az-a müsahibə verib.
- Sedat, Azərbaycandan ayrılandan sonra səndən bir xəbər yoxdur. Hazırda hardasan, hansı komandada oynayırsan?
- Türkiyədə, “Adanadəmispor”da çıxış edirəm. Bu komandanın başında isə sizin də yaxşı tanıdığınız Mehmet Ak dayanıb. Ümumiyyətlə, Mehmet hoca hər zaman yüksək hədəfləri olan komandaları çalışdırıb. Bu üzdən də düşünmədən onun komandasına gəldim. Hədəfimiz çempionluqdur. İnşallah, uğurlu bir mövsüm keçirəcəyimizə inanıram.
- Azərbaycanla əlaqən nə dərəcədədir?
- Keçmiş komanda yoldaşlarım, eləcə də klub rəsmləri ilə internet vasitəsilə əlaqə saxlayırıq, danışırıq.
- “Qarabağ”dan ayrılandan sonra bu komandanın oyunlarını izləyirsən?
- Bəli. Avropa Liqasında çox yaxşı çıxış etdilər. “Qarabağ”ın Avropa Liqasındakı uğurlarından biz də qürur duyduq. Çünki komandanın Avropa Liqasına qatılmasında bizim də azdan-çoxdan əməyimiz olub.
- Ağdam klubu ard-arda iki il pley-offa qədər irəliləsə də, son anda qrupa düşə bilmədi. Səncə, buna nə mane oldu?
- Məncə, “Qarabağ”ın pley-off-a gəlməyinin özü belə Azərbaycan futbolu üçün böyük bir uğur idi. Səhv etmirəmsə, daha əvvəllər heç bir komanda belə bir uğura nail olmamışdı. Qrupa düşə bilməməsinin əsas səbəbi kimi püşkdəki bəxtsizlikdə görürəm. İlk ildə “Tvente” çıxdı, sonrakı il “Borussiya” Dortmund.
- Oynadığın dönəmdə “Qarabağ”ın aparıcı futbolçularından biri olmusan. Bu mənada komandadan ayrılmağın çoxları üçün gözlənilməz olmuşdu.
- Mən “Qarabağ”dan getmək istəmirdim. Ancaq məşqçilər korpusu belə qərar qəbul etdi və bizə də buna hörmətlə yanaşmaq qaldı. Futbolda belə şeylər olur. Bir də görürsən çox yaxşı mövsüm keçirirsən, amma sonda komandadan ayrılırsan. Görünür, xeyirlisi bu imiş.
- “Qarabağ”ın Quzanlıda vurduğu ilk qolun müəllifi kimi tarixə düşdün. “İnter”ə qarşı keçirdiyiniz həmin oyunu necə xatırlayırsan?
- İlk öncə onu deyim ki, xalq bizi Quzanlıda çox yaxşı qarşılamışdı. “Qarabağ” uzun müddətli fasilədən sonra ilk dəfə o bölgəyə qayıdırdı. Həmin mövsüm “İnter” çempionluğa oynayırdı və qələbə onlar üçün çox vacib idi. Ancaq biz də azarkeşlərimizə qələbə bəxş etmək istəyirdik. Həmin oyunda qol vurmaq mənə nəsib oldu. Səhv etmirəmsə, həmin qol “Qarabağ”ın 16 illik fasilədən sonra Ağdamda vurduğu ilk qol idi. Təbii ki, bu, mənim üçün qürurverici idi. Düzdür, oyun 1:1 bitdi, amma “İnter”i də çempionluqdan etdik (gülür).
- Artıq “Qarabağ” Quzanlıda oynamayacaq. Deyilənə görə, futbolçular oradakı şəraitdən narazıdırlar. Doğrudanmı Quzanlıda şərait o qədər pisdir?
- Həqiqətən də bizim dövrümüzdə Quzanlıda şərtlər o qədər də yaxşı deyildi. Qazon çox pis idi. Bundan başqa, yeməklər, qaldığımız otaqlar da o qədər yaxşı deyildi. Əslində bir tərəfdən də bu normal idi. Çünki Quzanlıda oynamaq qərarı anidən qəbul edildiyindən arenanın tam hazır olmaması başadüşülən idi. Ancaq indiyə qədər həmin problemlər yoluna qoyulmalıydı. Açığı Quzanlıda son durumun necə olmasından xəbərdaram.
- Yenidən Azərbaycanda oynamaq istərdin?
- Azərbaycanda gözəl günlər keçirmişəm. Təbii ki, yenidən oraya dönməyi çox istərdim. Bir neçə klubla danışıqlarımız da olmuşdu. Ancaq son anda anlaşa bilməmişdik.
Anar XANLAROV
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı