“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov sabah Azərbaycan Premyer Liqasında “Rəvan”a qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı fikirləriniz necədir?
- Səfərdə bizi çox çətin bir qarşılaşma gözləyir. Lakin bu oyuna necə lazımdırsa, yüksək səviyyədə hazırlaşmışıq. Çalışacağıq ki, rəqib meydanından yaxşı nəticəylə dönək. “Rəvan” güclü komandalardan hesab edilir. Heyətlərini yay transfer pəncərəsində xeyli gücləndiriblər. Lakin biz səfərə yalnız qələbə dalınca gedirik. Çünki çempionata yaxşı nəticəylə başlamaq lazımdır.
- Komandanızda son durum necədir?
- Problemimiz yoxdur. Futbolçular oyuna tam hazırdır.
- Kamran Ağayevin transferə çıxarılmasından sonra qapını kimin qoruyacağını müəyyənləşdirmisiniz?
- Həm Kamal Bayramov, həm də Orxan Sadıqlı potensiallı qapıçılardır. Lakin onlardan hansının əsas heyətdə yer alacağı hələ dəqiq deyil. Qərarımı yalnız oyuna üç saat qalmış verəcəyəm.
- Klub rəhbərliyi bu mövsüm üçün qarşınıza hansı məqsədi qoyub?
- Vəzifəmiz həm çempionluğu, həm də kuboku qazanmaqdır. Bu, hər zaman “Xəzər Lənkəran”ın birincə məqsədi olub.
- Çempionlar Liqasında İsrail “Hapoel”inə qarşı oyunlarda “Neftçi”ni favorit görsəniz də, paytaxt təmsilçisi ilk görüşdə böyük hesabla uduzdu.
- Düzü, belə bir nəticə gözləmirdim. Mən düşünürdüm ki, “Neftçi” İsrail təmsilçisini iki oyunun nəticəsinə görə mərhələdən kənarlaşdıracaq. Lakin hər şey əksinə alındı. Ancaq deməzdim ki, hələ hər şey itirilib. Onlara uğurlar arzulayıram.
- Sizcə, “Neftçi” Bakıda möcüzə edəcək?
- Yaxşı bilirəm ki, futbolda hər şey olur. “Neftçi” niyə də bunu gerçəkləşdirməsin?! Bunun üçün əsl xarakter nümayiş etdirib, sonadək oynamaq lazımdır.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya