Azərbaycan futbolunun veteranı, milli komandamızın sabiq üzvü Vidadi Rzayev Qol.Az saytına müsahibə verib.
- Həm “İnter”, həm də “Xəzər Lənkəran” dünən Avropa Liqasının II təsnifat mərhələsində məğlub olaraq, mübarizəni dayandırdı. Buna münasibətiniz?
- Mən həmişə demişəm ki, bir mərhələ keçmək uğur sayılmamalıdır. “Nomme Kalyu”, “Trans” kimi komandaları keçməyin harası uğurdu? Bizim klublar yaradılan şəraitin qarşılığında qrup mərhələsində oynamalıdılar. Bu mənada, klublarımızın çıxışından çox narazı qaldım. Yenə “İnter” penaltilərlə uduzdu, amma “Xəzər Lənkəran” hər iki oyunda rəqibini üstələyə bilmədi.
- Sizə elə gəlmədi ki, avrokuboklarda debüt edən “Asteras” “İnter”dən daha soyuqqanlı oynadı?
- Razıyam. Baxmayaraq ki, “İnter” pis oynamadı. Ancaq soyuqqanlılıq baxımından rəqib daha üstün idi. Elə rəqib futbolçunun Tottisayağı vurduğu son penalti də bunu deməyə əsas vurur. O anda o cür zərbəni vurmaq futbolçudan böyük soyuqqanlılıq tələb edirdi.
- “Xəzər Lənkəran”ın məğlubiyyətinin əsas səbəbini nədə görürsünüz?
- Düzdü, “Xəzər Lənkəran”ın rəqibi güclü idi. Mən ilk oyuna baxmışdım və deyərdim ki, “Lex” üstün oynamışdı. Eşitdiyimə görə, dünən də üstün oynayıb. Bilirsiniz, qəbul edirəm, “Lex” səviyyəli klubdu, amma “Xəzər Lənkəran” da səviyyəli klub olmalıdır. Artıq bu cür təsəlliləri qoymalıyıq bir kənara. “Asteras” dünən əlavə vaxtda fiziki cəhətdən “İnter”i üstələmişdi. Son dəqiqələrdə bəxtimiz də gətirdi ki, rəqibin baş zərbəsi qapıdan keçmədi.
- Gürcüstanın “Dila” komandasının oyunundan xəbəriniz oldu?
- Eşitdim ki, Danimarka klubunu keçiblər, özü də iki oyuna 5 top vurublar.
- Deməli, bizim klublar da Yunanıstan, Polşa təmsilçilərini keçməyə borcludur...
- Bəs, mən də onu deyirəm ki, I mərhələ artıq bizim üçün uğur sayılmamalıdır. 10 il bundan qabaq 50 dollar mükafata oynayanda bunu uğur sayırdıq. Ancaq indi vəziyyət başqadır və yaradılan şəraitin qabağında klublarımız qrupa düşməlidir. Deyirik, “inkişaf, inkişaf”. Budur, futbolumuzdakı inkişaf?! “İnter”in heyətində cəmi iki azərbaycanlı oynayırsa, hansı inkişafdan danışmaq olar?
- Çıxış yolunu nədə görürsünüz, nəyi dəyişməliyik ki, biz də qrup mərhələsinə düşə bilək?
- Nəyi dəyişək? Futbola baxışımız, yanaşmamız dəyişməlidir. İnkişafın yollarını futboldan kənarda axtarmalıyıq. Futboldan kənarda deyəndə yəni, futbola ayrılan pulların xərclənməsini deyirəm. Futbolçunu alanda 10 manat qiymət qoyuruq, 5-ni ona verib, 5-ni cibimizə qoyuruq. Bu cür işləməklə inkişaf olmayacaq. Sizə bir misal çəkim. 90-cı illərin əvvəllərində Türkiyə futbolu da bizim günümüzdə idi. O vaxt onlarda dövlət səviyyəsində proqram qəbul olundu və bundan sonra 10 illik inkişaf proqramı hazırlandı, nəticədə “Qalatasaray” 2000-ci ildə UEFA kubokunu götürdü, Türkiyə millisi 2002-ci ildə dünya çempionatında 3-cü yeri tutdu. O vaxt türklər buna gözəl izah vermişdilər ki, həmin proqram qəbul olunan qədər on min puldan doqquzunu cibizimizə qoyub, birini futbola xərcləyirdik. Dövlət proqramı qəbul olunandan sonra isə, artıq doqquzunu futbola xərcləyib, birini cibimizə qoymağa başladıq. Bizdə də artıq dövlət proqramı qəbul olunub, amma onu düzgün yerinə yetirmirik. Pullar xərclənir, amma çox hissəsi bəzi işbazların cibinə gedir. Səviyyəsiz legionerlərlə külli miqdarda pullar verilir. Bəs, hanı həmin futbolçuların bizə verdiyi xeyir? Bir də mən sizə açıq deyim ki, bizim iddialı klublarımız öz büdcəsinə görə, heç də Türkiyə Super Liqa klublarından geri qalmır. O günü baxıram “Beşiktaş” 1 milyon 200 min dollara futbolçu transfer etdi. Bizim də klublarımız bu qiymətə olan futbolçunu almaq imkanı var. Deməli, iş düzgün qurulmur. Nə isə, bu haqda danışmağa başlasaq, adamın ürəyi açılacaq. Odur ki danışmasaq yaxşıdır.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026