“Bakı” klubunun vitse-prezdenti Zeynal Məmmədovun Qol.Az saytına müsahibəsi
- Dünən daha iki klubumuz Avropa Liqasında mübarizəni dayandırdı. İlk öncə “İnter”in çıxışına toxunaq.
- Hər iki təmsilçimizin rəqibləri güclü idi. Keçən dəfəki kimi bu dəfə də “İnter”in bəxti gətirmədi. Yenə penaltilər seriyasında məğlub oldular. Ancaq səfərdə də qol vuraraq, oyunu penaltilər seriyasına qədər uzatmaladı böyük şeydir. Yəni, bugün Azərbaycan klubları güclü rəqibləri ilə oyunda başabaş mübarizə aparırsa, bunun özü alqışa layiqdir. Fikrimcə, klublarımız inkişaf etməkdədir. Uğur qazanmaq vaxtımıza çox az qalıb. Hardasa, 2-3 ilə bu uğurları klublarımızdan gözləyə bilərik. Çünki yeni, istedadlı futbolçularımız yetişir.
- Bəs, “Xəzər Lənkəran”ın səfərdə “Lex” uduzmasını necə qarşıladınız?
- Məncə, “Xəzər Lənkəran” Polşada əlindən gələni etdi. Uduzsalar da, elə bir oyun nümayiş etdirdilər ki, Polşa futboluyla Azərbaycan futbolunun səviyyəsi heç fərqlənmədi. Eləcə də, “İnter”in Yunanıstan klubuna qarşı göstərdiyi oyunu da qeyd etmək olar. Belə bir rəqiblərlə oyunda məğlub olduqları üçün onları qınamağa dəyməz. Çünki həmin komandalar daha güclü idilər.
- “Neftçi”nin mərhələ adlaması barədə nə deyərdiniz?
- İstəyirəm ki, “Neftçi” Azərbaycanı uğurlu təmsil edən klub olsun. İnanıram ki, onlar ənı Avroliqanın qrup mərhələsinə düşəcəklər. Onların uğur qazanması Azərbaycan futboluna reytinq xalları qazandıra bilər.
- Klubunuzun yeni baş məşqçisi Bojidar Bondoviç haqda belə məlumatlar yayılıb ki, guya o, dələduzun biridir. Bu barədə nə deyə bilərsiniz?
- Mən belə şayiələrə fikir vermirəm. Kim nə deyir desin, kim nə yazır, özü bilər. Mən ancaq gördüyümə inanıram. Gəlin, gözləyək görək nə olur. Əgər doğrudan da belə bir insandırsa, bu, üzə çıxacaq. Ancaq necə deyərlər, yalanın ömrü 40 gün çəkər. “Bakı”nın nə qədər baş məşqçisi olub ki, nə ediblərsə, üstü açılıb. Mən fikirləşirəm ki, zamana ehtiyac var. Bir söz deyə bilmərəm.
- Klubunuzun üç futbolçusu - Elvin , Aqil və Növruz Məmmədovlar əsgərliyə gedib. Onların bundan sonrakı futbolçu taleyi necə olacaq?
- Elvin məsələsi çoxdan var idi. Sonra Aqillə Novruzun əsgərliyə getmək məsələsi qalxdı. Bilirsiniz, bu futbolçular həm “Bakı”nın, həm də milli komandanın əsas futbolçularıdır. Mən belə fikirləşirəm ki, bu futbolçulara şərait yaratmaq lazımdır ki, formadan düşməsinlər. Onlara görə MOİK-ə müraciət etmişik. Görək necə olacaq. Çalışacağıq ki, ordu klubuna keçdikdən sonra onları icarəyə götürək. Ancaq yenə deyirəm, bu, bizdən asılı deyil. Bizim futbol akademiyamız var. Və hər bir 18 yaşı tamam olmuş futbolçu bu yolu keçməlidir. Ona görə də işlərimizi bu yöndə qurmağa çalışırıq. İstəyimiz odur ki, yerli gənc və istedadlı futbolçularımız itib-batmasınlar.
- Komandada islahatlar məsələsi nə yerdə qaldı? Demişdiniz ki, bir çox futbolçunu “Bakı”dan yola salacaqsınız.
- İslahatlarımızı dekabr ayına saxlamışıq. Həmin vaxta qədər kim özünü yaxşı tərəfdən göstərə bilməsə, onlarla yollarımızı ayıracağıq. Belə götürəndə, “Mura” Bolqarıstanın ÇSKA-nı da keçdi. Mən demişdim ki, Sloveniya klubu zəif deyil. Əgər “Mura” bolqar klubunu da keçdisə, deməli biz də ÇSKA-nı çoxdan keçərdik. Lakin neyləmək olar ki, bu futboldur. Hər kəs yaxşı bilir ki, futbolda hər şey olur.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək