Çempionlar Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə görə “Neftçi”yə uduzaraq mübarizəni dayandıran Gürcüstan çempionu “Zestafoni”nin prezidenti İlya Kokaya Qol.Az-ın Gürcüstana ezam olunmuş müxbirinə müsahibə verib
- Öncə oyundan başlayaq. Komandanız “Neftçi”yə uduzaraq, mübarizəni dayandırdı...
- Nə demək olar? “Neftçi”ni təbrik etmək lazımdır. Onlar hər iki oyunda bizi üstələdilər. Düşünürəm ki, növbəti mərhələyə layiqli olaraq, vəsiqə qazandılar.
- Ancaq oyuna siz yaxşı başlamışdınız və gözlənilmədən hesabda 2:0 önə keçdiniz. Sonradan niyə hesabı qoruya bilmədiniz?
- Futboldu, belə şeylər olur. Biz də çox istərdik ki, üçüncü qolu da vurub ümumi hesabı bərabərləşdirək. Futbolçular bunun üçün lazım olanı etdilər. Ancaq alınmadı. Ümumiyyətlə, mən komandamdan, onların göstərdiyi oyundan razıyam. Məğlubiyyətdə tək günahkar var, o da mənəm.
- Siz?
- Əlbəttə. Komanda uğursuzluğa düçar olubsa, ilk günahkar elə onun sahibi, prezidentidir.
- Günahınızı konkret nədə görürsünüz?
- Çünki vaxtında “Neftçi” kimi səviyyəli legionerlər almadıq. Bu isə mınim səhvimdi. Gərək biz də pul xərcləyib yaxşı futbolçular alardıq. Belə olsaydı, uduzmazdıq.
- “Neftçi”nin heyətində ən çox kimin oyununu bəyəndiniz?
- 10 nömrəli futbolçunuz xüsusilə seçilirdi (Julios Vobayı nəzərdə tutur-A.X.)
- Azərbaycan çempionunun Gürcüstan çempionunu məğlub etməsi bizim çempionatın sizin çempionatdan daha güclü olması anlamına gəlir?
- Mən belə deməzdim. Çünki daha öncəki illərdə bizim komandalar sizinkilərdən daha yaxşı çıxış edib. Elə ötən mövsüm “Zestafoni” təkbaşına Azərbaycan klublarından daha yaxşı nəticə göstərdi.
- Ancaq bu gün Azərbaycan klublarının maddi gücü daha çoxdur...
- İş təkcə maddiyyatla ölçülmür. Belə baxanda, lazım gəlsə, biz də pul xərcləyə bilərik.
- Sizcə, “Neftçi” növbəti mərhələni də keçə biləcək?
- Məncə, “Neftçi” buna borcludur. Şəxsən mən özüm də Bakıya gəlib onlara azarkeşlik edəcəyəm. Düşünürəm ki, ən azı Avropa Liqasınınm qrup mərthələsinə düşmək mümkündür.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa