Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirib
- Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” səfərdə “Zestafoni”ylə 2:2 bərabərə qalaraq, mərhələ adladı. İlk olaraq, bu oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Hələ birinci qarşılaşmada ”Neftçi” böyük hesabla qalib gəldikdən sonra mən komandamızın üçüncü mərhələyə keçəcəyini demişdim. Hətta səfərdəki oyunda da “Neftçi”dən qələbə gözləyirdim. Lakin oyun heç-heçə başa çatdı. Amma əsas məsələ mərhələ keçmək idi. Oyuna gəlincə, ilk yarıda komandanın rahatlaşması onlara baha başa gələ bilərdi. Qapılarında iki qol gördükdən sonra komanda elə bil yuxudan ayıldı.
- “Neftçi” növbəti rəqibi İsraillin “Hapoel” klubu olacaq. Şansları necə görürsünüz?
- İsrail klubları futbol oynaya bilən komandalardır. Bir də indi İsraildə də havalar isti keçir. Bu isə nəticəyə təsir edə bilər. Həmçinin unutmaq laızm deyil ki, “Hapoel” “Zestafoni” deyil. Buna görə həmin qarşılaşmaya daha məsuliyyətli yanaşmalıdırlar. Lakin istənilən halda “Neftçi”nin ikinci mərhələni də keçmək üçün şansı var. Sadəcə, mükəmməl hazırlaşaraq, öz səhvləri üzərində işləyib nəticə çıxarmaq, oyunlarını inkişaf etdirmək lazımdır.
- Bu gün Avroliqada iki təmsilçimiz təkrar qarşılaşmaya çıxacaq. “Xəzər Lənkəran” sizə yaxşı tanış olan Polşa “Lex”inin qonağı olacaq.
- Mənə “Lex” barədə çox sual verilib. Onların məndə köhnədən qalan oyunlarının video yazısı var. Tam əminliklə deyərdim ki, “Lex” o vaxtkı gücdə olan komanda deyil. Lakin Polşada hər zaman yaxşı futbol olub. Klublarına gəlincə, demək olmaz ki, avrokuboklarda çox əla çıxış ediblər. Ancaq öz səviyyələrinə uyğun rəqiblərlə pyunda mərhələ keçiblər. “Lex”in bir çox əsas futbolçusu komandadan gedib. “Xəzər Lənkəran”a gəldikdə, hər şey onların öz əlindədir. Komandamız gərək ilk qarşılaşmadakı oyundan daha artığını Polşada nümayiş etdirməlidir. Onlar özləri də yaxşı bilir ki, “Lex” Estoniya klubu deyil. Ən vacibi odur ki, qapımızdan top buraxmamalıyıq. Çünki onlar yəqin ki, oyunun əvvəlindən pressinqə üstünlük verəcəklər. Bunun qarşısı mütləq alınmalıdır. “Xəzər Lənkəran” daha çox əks-hücumlara bel bağlamalı və “Lex”i qorxuya salmalıdır. Qorxmaq isə həm də öz qapından qol buraxmaq deməkdir.
- Ümumiyyətlə, “Xəzər Lənkəran”ın “Lex”i keçməsi nə dərəcədə realdır?
- Komandamızın mərhələ adlaması üçün hər şey var: yaxşı baş məşqçisi, əla legionerləri. Hansı futbolçuları istəyiblərsə, rəhbərlik alıb. Niyə də, “Lex”i məğlub etməyək?! Bir də əsas məsələlərdən biri də taktiki gediş olacaq. Düzgün taktika seçə bilsək, qalib gələ bilərik.
- Avrokuboklarda yarışacaq digər bir təmsilçimiz “İnter” Yunanıstanda ağır səfər matçına çıxacaq....
- “İnter” bu yay heyətinə yaxşı futbolçuları cəlb etdi. Həmçinin bu klubumuz sabit komandadır. “İnter”in müdafiəsi digər klublarımızdan fərqli olaraq, daha inamlı təsir bağışlayır. Məncə, bugünkü qarşılaşmada bundan istifadə etmək lazımdır. Niyə biz səfərdə qalib gəlməyək?!
Rəqibləri Yunanıstan çempionatında səhv etmirəmsə, altıncı yeri tutub. “Asteras”ın “İnter”dən üstün komanda olduğunu demək olmaz. Bərabər səviyyəli komandadırlar. Mən inanıram ki, bu gün klublarımız mərhələ adlamaq üçün əllərindən gələni edəcəklər.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa