Gürcüstan futbolunun canlı əfsanəsi, Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya Qol.Az saytına müsahibə verib
- “Zestafoni”- “Neftçi” oyununa gəlmək planınız var idi, yoxsa anidən belə qərar verdiniz?
- Yox, fikrimdə bu matça baxmaq var idi. Düşünürdüm ki, ilk oyunda “Neftçi” böyükhesablı qələbə qazansa da, cavab matçı da maraqlı alınacaq. Gümanlarımda yanılmadım və doğrudan da maraqlı qarşılaşmaya şahidlik etdik.
- Sizcə, ötən il Avropa Liqasında pley-off-a qədər irəliləyən “Zestafoni” niyə “Neftçi” səddini keçə bilmədi?
- Bilirsiniz, bu cütlükdə hər şey hələ Bakıda həll olunmuşdu. “Zestafoni” mərhələ keçmək istəyirdisə, o zaman ilk oyunda qapısından 3 cavabsız top buraxmamalıydı. Avropa səviyyəli oyunlarda bu cür üstünlüyü hər komanda əldən vermir.
- Ancaq sizin komandanız 25-ci dəqiqəyə kimi hesabı 2:0-a çatdırmışdı. Üstünlüyün əldən verilməsinin səbəbini nədə görürsünüz?
- Təcrübəsizlikdə. Komandamız oyuna yaxşı başladı, sürətli hücumlar qurdu və iki qol vurdu. Ancaq sonradan müdafiəni tamamilə unudub üçüncü qolu vurmaq üçün irəli atıldılar ki,bu da onlara baha başa gəldi. “Neftçi” hesab arasındakı fərqi azaltmaqla “Zestafoni”nin bütün ümidlərinin üstündən xətt çəkdi.
- “Neftçi” haqqında hansı fikirdəsiniz?
- “Neftçi”nin adını hələ SSRİ dönəmindən eşitmişik. Hazırkı komanda da çox xoşuma gəldi, yaxşı, texnikalı, sürətli futbolçuları var.
- Sizcə, bizim komanda Çempionlar Liqasında, minimum Avropa Liqasının qrup mərhələsinə düşə biləcək?
- İlk növbədə “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Fikrimə gəlincə, məncə, Azərbaycan çempionu bu oyunla Avroliqanın qrupunda oynaya bilər. Çünki az öncə qeyd etdiyim kimi, “Neftçi”nin heyətində çox yaxşı, bacarıqlı, istedadlı futbolçular var. Legionerlərin də səviyyəsi çox yuxarıdır, topla əla davranırlar.
- “Neftçi”nin heyətində ən çox hansı futbolçunun oyununu bəyəndiniz?
- Hesab arasındakı fərqi azaldan futbolçunuzun oyunu çox xoşuma gəldi (Julios Vobayı nəzərdə tutur - A.X.).
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa