“İnter” klubunun yarımmüdafiəçisi Slavço Georgievskinin Qol.Az saytına müsahibəsi
- Avropa Liqasının II təsnifat mərhələsində “Asteras Tripolis”lə 1:1 başa çatan ilk görüşü necə dəyərləndirirsən?
- Qol vurmaq üçün bir neçə imkanımız oldu. Sadəcə, bunlardan birini reallaşdıra bildik. Digərlərini həyata keçirə bilmədik. Bu, bizim oyunumuz deyildi. Bundan daha yaxşı çıxış edə bilərdik. Düşünürəm ki, oyun planında artırmalıyıq. Məncə, güclü komandaya qarşı oynadığımızdan çətinlik çəkirdik.
- Cavab qarşılaşması haqda necə düşünürsən?
- Bu qarşılaşma haqqında çox düşünmüşük və cavab qarşılaşmasına qədər üzərimizdə çox çalışacağıq. Əsas məsələ komandada böyük istəyin olmasıdır. Bilirik ki, bizi asan matç gözləmir. Rəqibimiz də zəif komanda deyil.
- Baş məşqçiniz Kaxaber Sxadadze futbolçularda özünəinamın çatışmadığını söyləmişdi. Bununla razısan?
- Bəli, baş məşqçinin fikirləriylə razılaşıram. Ola bilər ki, “Asteras Tripolis”lə birinci görüşümüz olduğundan bir az inamsız çıxış etdik. Fikrimcə, biz “Asteras Tripolis”i daha çox öyrənməliyik. İlk qarşılaşmada buraxdığımız səhvlər üzərində də çalışmalıyıq.
- Necə düşünürsən, Adamiyanın topu matç zamanı özündə çox saxlaması və vaxtında ötürmə verməməsi “İnter”in oyununa təsir göstərdi?
- İstəməzdim ki, komanda yoldaşımın oyununu müzakirə edim. Hər bir futbolçunun özünə məxsus oyun tərzi var, hərədə bir cür alınır. Məncə, Adamiya həmin qarşılaşmada pis təsir bağışlamadı. Sadəcə, matç çox çətin keçdi.
- Cavab görüşü də çətin keçəcək...
- Bunu biz də bilirik. Düşünürəm ki, hər iki komanda buna hazırdı. “Asteras”ın evdə çıxış edəcəyini nəzərə alsaq, ikiqat əzmlə mübarizə aparmalıyıq.
- Səncə, “İnter” ikinci mərhələni keçə biləcək?
- İlk növbədə, rəqibdən çəkinməmək lazımdır. Bir də ki, səfər meydanında mütləq qol vurmalıyıq. Əgər bunu Bakıda etmişiksə, niyə də Yunanıstanda qol vurmayaq? Məncə, şansımız pis deyil.
- Bu mərhələni adlasanız növbəti rəqibiniz Portuqaliyanın “Maritimo” kollektivi olacaq...
- İndidən bu haqda danışmağa çətinlik çəkirəm. Çünki komanda olaraq, bütün fikrimizi “Asteras Tripolis”lə oyuna yönəltmişik. Yunan səddini keçdikdən sonra “Maritimo” haqqında rahat danışmaq olar.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı