Bir vaxtlar Azərbaycan çempionatında, Sumqayıtın “Standard” klubunda çıxış etmiş, hazırda İranın yüksək liqa komandası olan “Zob Ahan”ın şərəfini qoruyan portuqaliyalı futbolçu Huqo Maçado Qol.Az-a müsahibə verib
- Huqo, işlərin necə gedir?
- Hər şey qaydasındadır. Hazırda İran çempionatında çıxış edirəm və “Zob Ahan”ın şərəfini qoruyuram. Əsas heyətdə meydançaya çıxıram, baş məşqçi oyunumdan razıdır. Bir sözlə, narazılığım yoxdur.
- Azərbaycan çempionatı ilə maraqlanmaq imkanın olur?
- İmkan daxilində internet vasitəsilə Azərbaycan futbolundakı son durumla maraqlanıram. Portuqaliyada oynayanda, “Xəzər Lənkəran”da çıxış edən Bruno Simao ilə tez-tez danışırdıq. Amma o, komandadan getdi deyə, indi istənilən qədər maraqlanmıram.
- Son çempionun kimliyindən xəbərin oldu?
- Bəli bilirəm ki, “Neftçi” çempion oldu və onları təbrik edirəm.
- Yeri gəlmişkən, həmin komandanın baş məşqçisi Böyükağa Hacıyevdi. Hansı ki, bir vaxtlar “Standard”da onun rəhbərliyi altında oynamısan...
- Bəli, bunu da bilirəm və Hacıyevə görə çox sevindim. Onunla çox yaxşı münasibətimiz var idi. “Standard”da onun dövründə daim start heyətində oynayırdım.
- Bu il Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” Yunanıstanın “Asteras” klubunu keçəcəyi halda III mərhələdə Portuqaliyanın “Maritimo” klubu ilə üz-üzə gələcək. Bir portuqaliyalı olaraq, necə düşünürsən, “İnter” “Maritimo” səddini keçə bilər?
- “İnter” artıq III mərhələyə keçib?
- Xeyr. Bakıdakı ilk oyun 1:1 başa çatıb və bu həftə Yunanıstanda cavab oyunu olacaq...
- O zaman ilk növbədə “Asteras” səddini keçmək lazımdır. Əgər bunu bacararsa, “İnter” “Maritimo”ya qarşı da oynaya bilər. Ancaq çətin olacaq. Çünki Portuqaliya futbolu ilə Azərbaycan futbolu arasında böyük fərq var. “İnter” məgər Portuqaliya çempionatında ilk “üçlüy”ə düşə bilər?
- Deyilənə görə, o vaxt “İnter”ə keçmək ehtimalın olub. Bu, düz söhbət idi?
- Bəli, həm “İnter”ə, həm də “Neftçi”yə keçmək şansım var idi. Ancaq müəyyən səbəblərdən alınmadı.
- Bu arada DÇ-2014-üç seçmə mərhələsində bu iki ölkə eyni qrupa düşüb. Səncə, millimiz sənin həmyerlilərindən xal ala biləcək?
- Az öncə bu iki ölkənin futbolu arasındakı fərqi elə belə demədim. Azərbaycanda futbol oynamışam, bu ölkəyə, onun azarkeşlərinə böyük hörmətim var. Ancaq reallığı qəbul etmək lazımdır ki, Azərbaycan millisi Portuqaliya ilə ayaqlaşa bilməz. Odur ki, həmyerlilərimin hər iki oyundan qalib ayrılacağını düşünürəm.
Anar XANLAROV
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər