Klublarımızın bu il qitəmiqyaslı turnirlərə başlamasını səbirsizliklə gözləyirdim. Uzun illərdən sonra “Xəzər Lənkəran”ın Yunis Hüseynovla ilk turu keçəcəyinə ümid edirdim. “İnter”in sabit heyətinə və istedadlı baş məşqçisinə arxalanırdım. “Bakı”nın hər zaman önə çəkilən maddi imkanlarına, ölkə çempionu “Neftçi”nin ortaya qoyduğu iddiasına bel bağlayırdım. Hələ ki, “Bakı”dan başqa digər komandalarımız Avropa kuboklarının ilk mərhələsində mənim gümanlarımı doğruldur. “Bakı”nın məsələsi isə uzun illərdən bəri məlumdur. Klub avrokuboklar öncəsi böyük dəyişikliklərə məruz qalır, uzun müddət ərzində qurulan planlar bir gündə puç edilir.
Azərbaycan futbolunu Avropanın ən nüfuzlu qitə turnirində təmsil edən “Neftçi” ilk matçda Gürcüstan çempionu “Zestafoni”yə yerini göstərdi. Bəndəniz flaqmanın bu parlaq qələbəsinə gürcü futbolunun əfsanə simalarından biri olan Zaza Canaşiya ilə birlikdə şahidlik etdi. Hazırda Moskvanın “Lokomotiv” klubunun uşaq futbol məktəbində məşqçi postunda çalışan sabiq hücumçu matçın bitimində blits müsahibəyə razılıq verdi.
- Zaza, oyun sizdə necə təəsürat oyatdı?
- Əvvəlcə onu qeyd etməliyəm ki, püşkdən dərhal sonra mən həmyerlilərimin işinin çətin olacağını bildirmişdim. Arxada qalan 90 dəqiqə sübut etdi ki, hazırkı Azərbaycan çempionu Gürcüstan birincisindən bir baş üstündür. Düzdür, ötən mövsüm “Zestafoni” Avropanın yaşıl meydanlarında pis təsir bağışlamırdı. Ancaq həmin komandanın iddiası ilə “Neftçi”nin iddiası müqayisəolunmazdır. Komandanızın heyətində xeyli səviyyəli və təcrübəli futbolçu yer alır. Görüşün taleyini məhz həmin futbolçular həll etdi.
- “Neftçi”nin heyətində konkret hansı futbolçunun oyununu qeyd edə bilərsiniz?
- Müdafiə xəttini İqor Mitreski gözəl idarə edir. Bu futbolçu böyük təcrübəyə malikdir. İkinci oyunda onun təcrübəsinə böyük ehtiyac olacaq. Həmçinin hücum xəttində yer alan Nikolas Kanales çox səviyyəli futbolçudur. Ümumiyyətlə, komanda özü hücum futbolu sərgiləyərək gözəl təsir bağışladı.
- İkinci matçla bağlı proqnozunuz?
- “Zestafoni” öz meydanında ilk dəqiqələrdən daha aqressiv olacaq. Onlar tez qol vurmaq üçün irəli atılacaqlar. Ancaq “Neftçi” kimi təcrübəli komanda bundan istifadə edəcək. Düşünürəm ki, ikinci oyunda yenə sizin komandanız qalib gələcək. Hesab isə 1:2 olacaq (gülür).
- Futbolçu Canaşiya ilə məşqçi Canaşiyanın fərqi nədədir?
- Futbolçu karyeramda mən hər görüşə gözlərimdə qığılcımla çıxırdım. Səbirsizliklə qolu güdürdüm, sona qədər döyüşürdüm. Uşaq futbolunda isə səbirli olmaq lazımdır. Məşqçini gərək sevsinlər – bu, uşaq futbolunda uğurun açarıdır. Mənim rəhbərliyim altında məşq edən uşaqlar arasında çoxlu istedadlı futbolçu var. İnanıram ki, yaxın gələcəkdə onların bir çoxu “Lokomotiv”in əsas heyətinin üzvünə çevriləcəklər.
Araz ƏHMƏDOV, Moskva
Xüsusi olaraq Qol.Az saytı üçün
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı