Polşanın “Lex” klubunun mətbuat xidmətinin rəhbəri Joanna Dzios Qol.Az-a müsahibə verib
- Azərbaycan haqqında təəssüratlarınız necədir?
- Çox gözəl. Narazılığa əsas yoxdur. Burada özümüzə qarşı hörmət gördük. Paytaxtınız Bakı gözəl, müasir şəhərdi. Lənkəranın da gözəl təbiəti var.
- Dincəlməyə, yaxud gəzməyə imkanınız oldu?
- Təəssüf ki, o qədər də yox. Çünki vaxtımızın çox hissəsi oyunun hazırlığına yönəlib.
- Bir xanım olaraq, klubun mətbuat xidmətinə rəhbərlik etməyin çətinlikləri çoxdur?
- Hər işin öz çətinliyi var. Amma sırf xanım olduğum üçün daşıdığım vəzifəyə görə kompleksim yoxdur. İşim çətin olsa da maraqlıdır.
- “Xəzər Lənkəran”la mübarizədən qalib ayrıla biləcəksiniz?
- Bizim əsas məqsədimiz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bu mənada “Xəzər Lənkəran”la oyunlar çox vacib əhəmiyyət daşıyır. İlk oyunda heç-heçə oynadıq. Poznanda isə bizi ancaq qələbə qane edəcək. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq.
- Lənkərandan narazı getmirsiniz?
- Xeyr.
- Bəs, köhnə avtomobillərlə bağlı məsələ nə idi?
- Düzü, bilmirəm bu xəbərləri kimlər yayıb, nəyə görə yayıb. Guya, biz Bakıdan Lənkərana köhnə "Mersedes" avtomobilləri ilə gəlmişik və həmin maşınları da bizə “Xəzər Lənkəran” rəhbərliyi verib. Biz, ümumiyyətlə, Lənkərana "Mersedes" avtomobilləri ilə gəlməmişik, qaldı ki, köhnəsi, ya təzəsi ola. “Xəzər Lənkəran” rəhbərliyi klub rəsmlərimizi təzə "BMW X5" avtomobilləri ilə təmin elədi və çox rahat şəkildə bura gəldik.
- Yenidən azərbaycana qayıtmaq istərdinizmi?
- Niyə də yox? Azərbaycan çox gözəl və səfalı ölkədir.
Anar XANLAROV
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur